Xəbər lenti

 

İkinci yazı

 

 Zabil Həsənov

 

 Saytımızda çıxan son yazım (Heydər Əliyevi hakimiyyətə kim gətirib: Elçibəy, yoxsa xalq? ) ictimaiyyətdə müzakirələrə səbəb oldu. Yazı saytda dərc olunandan sonra keçən bu müddətdə onun statiskası belədir; 1900 oxunma və 600 yaxın bəyənmə. Göründüyü kimi fikirlərimə  şərik çıxanlar kifayət qədərdir. Amma deyəsən az-çox siyasətlə məşğul olanlar üçün məsələ bir az qəliz görünür. Bunu da təbii sayıram. Ona görə sıravi oxucular fikirlərimə şərikdirlər ki, onlar o vaxt hadisələrə münasibətlərini bir daha yada saldılar, keçirdikləri hissləri təkrar xatırladılar. Siyasilərin isə ictimai şüur səviyyəsi yüksək olduğundan, o vaxt  bunu qəbuledilməz sayıblar. Neyniyək ki, sıravilərin sayı siyasətçilərin sayından dəfələrlə çoxdur və xalq da həmin zümrə deməkdir. Amma pisi odur ki, özünü siyaqsətçi sayanlar vaxtilə Ərdoğanın “Bilirsinizmi , bu xalq Heydər Əliyevin xalqıdır” deyiminin mahiyyətini axıra qədər dərk edə bilməyiblər və bu dərinlikləri dərk etmədikcə  “tikdiyimiz binalar”  kiçicik  “zəlzələlərə” belə davam gətirməyəcək. Siyasətlə məşğul olanlar yaxşı müşahidə qabliyyətinə malik olsaydılar, ən azı indi Ərdoğanın dediklərinin detallarını görməyi bacarardılar. Heç aşağılara düşmürəm. Hamımız günahkarıq; Tofiq Qasımov; kabineti olmadığına görə, Tahir Kərimli; özünə təmtaraqlı kabinet düzəltdirdiyi üçün. Xocalı əhalisi çıxarılmadığı, Laçın əhalisi isə çıxarıldığı üçün və s. İndinin siyasətçiləri də eyni yanaşma ilə hərəkət etmirlərmi? Elçibəy də günahkardı, Surəti zərərsizləşdirmədiyinə görə.

Gəlin, indi belə fikirləşək ki, o vaxt Surət zərərləşdirilib, sizcə ikinci bir Surət meydana gəlməyəcəkdi və ya indi nə qədər “görkəmli dakmentalistlər” peyda olub Elçibəyə hucum çəkəcəkdilər ki, bəs, Surət aradan götürülməsəydi ermənilər çoxdan Qara dənizə tökülmüşdü və sonuncu fikiri dəstəkləyənlər kifayət qədər çox olmayacaqdımı. Yaxşı bilirik ki, Heydər Əliyev tənqidi yaxına buraxmazdı? İndi Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İqbal Ağazadə, Nahid Cəfərov və s. necə,  tənqidi qəbul edə bilirlərmi?

   Gəlin, bir fikri eksperiment (elmi metoddur) keçirək. Tutaq ki,  Elçibəy birinci prezidentlik dövürünün sonuna qədər prezidentliyində qalıb. Qarabağda isə 1993 4 iyuna qədər olan status-kvo saxlanılıb və Heydər Əliyev də hakimiyyətə yaxın buraxılmayıb. Sizcə, bu xalqa cavab verə bilərdiniz. Onda görün bu xalq nələr davası etməyəcəkdi? Niyə hələ də Qarabağda  ermənilər yaşayır, Kəlbəcər, Şuşa niyə qaytarılmayıb, Heydər Əliyev olsa çoxdan Zəngəzuru da qaytarmışdıq və s.

Neyniyək, xalqımızın intellektinin gücü buna çatır. O vaxt deyirdilər ki, erməniləri Qarabağdan tamamilə çıxarmaq lazımdır. Bunun doğru yanaşma olmadığını  (Qərvənd Camal onu indi deyir) söyləyəndə məni qınayırdılar. Deyirdim, biz istəyirik ki, beynəlxalq qanunlara istinadən dövlət quraq, ancaq həmin ölkədə doğulub boya-başa çatan insanları ölkədən çıxarırıq. Bu, beynəlxalq qanunlara zidd deyilmi?

   Əvvəlki yazılarımın birində getmiş aşağıdakı fikirləri bir daha təkrar nəzərinizə çatdırıram.

 “1992-cü ilin payızı idi. Xanım Leyla Yunusova öz evinin mətbəxindən televiziyalardan birinə müsahibə verir və belə bir ifadə işlədir: “Mən bilsəydim sonda belə olacaq, bir belə əziyyətə girişməzdim”.

Onun bu cümləsinin həzmi bu yazı müəllifini bir gecə yuxusuz qoydu. Mən hələ o vaxt dərk etdim ki, bu, yaxşı bir işin anonsu deyil.  Bu, necə ola bilər ki, demokratların ölkənin bir nömrəli xanım adlandırdıqları Leyla Yunus ölkəmizin əldə etdiyi naliyyətin mahiyyətini dərk etmir... Demokratların bir nömrəl xanımının  ictimai şüurunun gücü  bu həddə qədərdirsə, gör, xalqın sıravisi  hardadır?

 

Bəli, bizim o zaman irəlidə olanlarımızın yanaşması bu səviyyədə idi.

Yazıma tənqidi yanaşanlardan biri məni hakimiyyətin trolu kimi təqdim etdi. Qardaş,  bu mənim həqiqətlərimdir, xoşun gəlmir, qəbul etmə. Mən ziyalı mövqeyindən çıxış edən adamam. Eldar Mahmudovun atasının büstünü uçurulmasına etiraz edənlərdən biriyəm. İndi məni Eldar Mahmudovun adamı hesab edəcəksən? Atası alim adam olub, onun nə günahı ki, oğlunu yaşadığı  mühit belə tərbiyə edib?




Ana səhifəyə qayıt        Baxış: 1 829          Tarix: 20-11-2018, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma