Xəbər lenti

 

Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşüb.

Ovqat.com xəbər verir ki, bu həftənin əvvəlində 8%-lik şok tənəzzül keçirən qiymətlər  daha sonra qismi sabitlik mərhələsinə qədəm qoysa da, bu gün yenidən böyük ucuzlaşma baş verib.

Brent markalı neft 5%-lik tənəzzüllə həftəni tamamlamaq üzrədir.

WTI markalı neft də ucuzlaşıb. Bu gün bir barrel WTI markalı neft 50.64 dollara qədər enib.

Qeyd edək ki, neftin qiymətlərinin 60 dollar olması Azərbaycan üçün kritik hədd sayılır. Çünki, 2019-cu ilin büdcə layihəsində neftin baza qiyməti 60 dollardan götürülmüşdü. Neft isə gələn il başlamadan bu həddən aşağə düşdü. Hökumətin büdcə layihəsinə yenidən nəzər salması artıq şərtə çevrilib.




Ana səhifəyə qayıt        Baxış: 693          Tarix: 23-11-2018, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma