Xəbər lenti

 

G-20-nin Argentina sammitində ölkə liderlərinin ümumi məşvərət iclasında Camal Qaşıqçı cinayəti müzakirə olunarkən, Türkiyə prezidenti R.T.Ərdoğana söz verilməyib.

Ovqat.com xəbər verir ki, bunu prezidentin özü etiraf edib.

Sammitdən geri qayıdan ölkə rəhbəri jurnalistlərin suallarını cavablandırarkən deyib:

“Qaşıqçı cinayəti üzərində dəyirmi masada ciddi mənada durulmadı. Ancaq liderlər sammitində Kanada Baş naziri bunun üzərində az da olsa dayandı. Lakin Məhəmməd bin Salman verdiyi cavabda “cinayət sübuta yetirilmədikcə, kimsə günahlandırıla bilməz” kimi bir ifadə işlətdi. Təəssüf ki, biz də mövqe bildirmək fürsəti yaxalaya bilmədik, çünki moderator sonda Makrona söz verib “sessiyaya başlamağımız lazımdır”,- dedi. Bizlər danışsaydıq, mən orada bütün bu dəlillərin nə olduğu məsələsi üzərində ayrıca dayanacaqdım”.

Prezident bu cinayətin üzərinə gedəcəklərini, lazım gələrsə, məsələni beynəlxalq məhkəmələrə çıxaramaq üçün BMT-yə daşıyacaqlarını bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 3-12-2018, 07:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma