Xəbər lenti

 

Ədalət partiyasının sədri İlyas İsmayılovun Ovqat.com-a müsahibəsi Real TV-nin rəhbəri nədənsə Mir Şahini xeyli narahat edib. Onun iki həftə öncə ağzını Allah yoluna açıb İlyas İsmayılovun əleyhinə danışmasından isə Ədalət partiyasında bu gün xəbər tutublar. Hər halda partiyanın sədr müavini Heydər Oğuz bunu paylaşdığı facebook statusunda etiraf edib.

Şair-publisist həmin statusunda Mir Şahinə adekvat cavab verəcəklərini bildirməklə yanaşı, tele-jurnalistin “sahiblərinə” də öz mesajını göndərib.

Havadan yeni polemikaların qoxusu gəldiyini düşündüyümüzdən həm Mir Şahinin İlyas İsmayılov barədə dediklərini, həm də Heydər Oğuzun xəbərdarlıq statusunu Ovqat.com oxucularına təqdim edirik:

Mir Şahinin tərbiyəsi

Heydər Oğuzun xəbərdarlıq statusu

“Bizim tərəflərdə "Real" TV izləyən olmadığına görə Mir Şahinin İlyas İsmayılova ilişməsindən gec xəbər tutmuşuq. Adam Ədalət partiyasının sədrinin mənə verdiyi müsahibəsini başından yekə tərzdə şərh edib. Son zamanlar yetənə yetib, yetməyənə daş atmağı özünün şakərinə çevirən Mir Şahinə cavab vermək istəməzdim. Amma bu yaramaza cavab vermədikcə azğınlaşır. Cavabını da alacaq.

Mir Şahinin sahiblərinin nəzərinə!

Bəllidir ki, nökəriniz özbaşına ona-buna diş qıcamır. İndiyə qədər dişinin qırılmamasının səbəbi isə "nökərə ağasına görə hörmət qoyarlar" məntiqinə söykənən təmkinimizdən qaynaqlanıb. Özü də təkcə bizim yox, bütün demokrat camianın. Göstərdiyimiz bu siyasi nəzakət nümunəsini sizlərdən gözləmək də bizim haqqımızdır. Ya nökərinizin ipini yığmaq "cəsarətini göstərəcəksiniz", ya da kimsədən inciməyəcəksiniz. Əlinizdə zor aparatı var deyə, keçiniz kiminsə kişmişini yeyə bilməz. Onun da qulağından dartan, sizin də sifətinizə sillə vuran tapılar. İndi Qoçu əsgər zamanı deyil. Sayqı görmək istəyirsinizsə, sayqıyla davranın”.




Ana səhifəyə qayıt        Baxış: 1 338          Tarix: 4-12-2018, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma