Xəbər lenti

 

İranın ən böyük liman şəhəri olan Çabaharda terror aktı törədilib.
Bu gün səhər saatlarında terrorçu-kamikadze partlayıcının quraşdırıldığı avtomobili şəhərin polis idarəsinin binası istiqamətində sürüb. Avtomobil binaya toxunaraq partlayıb.
Sistan-Bəlucistan valisinin təhlükəsizlik məsələləri üzrə müavini Məhəmmədəli Məraşi mətbuata verdiyi açıqlamada bildirib ki, partlayış nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.
Hadisə şahidləri qeyd edirlər ki, partlayışdan sonra avtomat silahlardan atışma səsləri eşidilib. Ehtimal edilir ki, partlayışdan sonra polis idarəsinə silahlı hücum və polis əməkdaşları ilə terrorçular arasında silahlı toqquşma olub.
Hadisə yerində araşdırma aparılır.
Xatırladaq ki, Çabahar İranın Sakit okean sahilində yerləşən yeganə və ən böyük liman şəhəridir. Çabahar limanı ilə İran Hindistan, Çin və Cənub Şərqi Asiyanın digər dövlətləri ilə ticarət əlaqələrini sürdürür və idxal-ixrac əməliyyatları aparır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da mühüm rola malikdir. Cənub-Şərqi Asiya ölkələri Avropaya bu liman vasitəsilə məhsul ixrac edirlər. Cari ilin fevral ayında Hindistan hökuməti Çabahar limanının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi üçün İrana 2 milyard dollar həcmində kredit ayırıb. Həmin ay Prezident Həsən Ruhani Sistan-Bəlucistan vilayətinə səfər edərək Çabahar limanında aparılan işlərlə tanış olub və yeni terminalın açılışını edib.
Nəzərə çatdıraq ki, İranın Sistan-Bəlucistan vilayəti ərəblərin kompakt yaşadığı bölgədir.




Ana səhifəyə qayıt        Baxış: 78          Tarix: 6-12-2018, 14:08      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent