Xəbər lenti
 
Bir neçə gündür ki, Maliyyə naziri Samir Şərifovun manatla bağlı açıqlaması müzakirələrə səbəb olub. S. Şərifovun fikirləri mediada və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Moderator.az xəbər verir ki, sabiq maliyyə naziri, professor Saleh Məmmədov maliyyə naziri Samir Şərifovun manatla bağlı açıqlaması zamanı söylədiyi fikirləri dəstəklədiyini bildirib:

"Maliyyə nazirinin təlaşı yersiz deyil. Məlum səbəblər üzündən qonşu və əsas ticarət partnyoru olan ölkələrdə baş verən devalvasiya əgər ciddi tədbir görülməsə Azərbaycanda qeyri neft sektorunu çökdürə bilər. Bir neçə ay öncə Rus rublu bir dollar 56 rubl idisə indi 67 rubla gəlib çatıb, İran rialı uyğun olaraq 4000 mindən 12000, Türk lirəsi 3 lirədən 5-6 lirəyə çatmışdır. Bu proses həmin ölkələrdən idxal məhsullarının maya dəyərini 20%-dən 300%-ə qədər azaltmış olur. Bu da, ölkənin nəinki ixracat bazarındakı yerinin ciddi surətdə məhdudlaşmasına, həmçinin daxili istehsalatın faktiki olaraq durmasına, qeyri neft sektorunun inkişafının dayanmasına, uyğun olaraq neft-qazdan asılılığının daha da güclənməsinə, iqtisadiyyatın riskli zonaya daxil olmasına səbəb olacaqdır. Nazir haqlı olaraq bu neqativ meylin qarşısının alınması üçün tədbirlər planı həyata keçirilməsini təklif edir. 

Bunun bir neçə yolu var: daxili istehsalın rəqabət qabiliyyətliliyinin artması, maya dəyərinin aşağı salınması - bunun üçün subsidiyalar və qeyri neft sektorunun maliyyələşdirilməsi artırıla bilər, tənzimlənən qiymətlər və vergilər azaldıla bilər və biznes mühit yaxşılaşdırıla bilər. Eyni zamanda idxal mallarına gömrük vergiləri artırıla bilər ki, beynəlxalq öhdəliklərə görə bu sahədə də imkanlar məhduddur. Daha bir yolu məhz valyuta kurslarının yumşaldılmasıdı, amma bu böyük devalvasiya yolu ilə deyil, müəyyən illik tərəddüd faizi müəyyən etməklə (məsələn illik 5,0%) üzən məzənnə ilə bu alətdən istifadə etmək olar. Mənə elə gəlir ki, hökümət gec də olsa kursun yumşaldılmasından və qiymətlərin azaldılmasından başqa bütün vasitələrdən istifadə edir."



Ana səhifəyə qayıt        Baxış: 364          Tarix: 10-12-2018, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma