Xəbər lenti
7-03-2019, 22:48

 

Saytımızda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran səfərinin ABŞ sanksiyalarına qarşı qonşuya uzadılmış dost əli kimi təqdim olunması ictimaiyyətimiz tərəfindən birmənalı qarşılanmayıb. Dostumuz, BAXCP sədrinin müavini Bünyamin Qəmbərli də, görünür, buna etiraz əlaməti olaraq öz təbirilə desək, içqutumuza (e-mail ünvanımıza) məşhur Cənubi Azərbaycan şairi Məhəmməd Tağı Zehtabinin 1946-cı ildə qələmə aldığı "Sən osan, mən də buyam” şeirinin qiraətini göndərib, həm də onu öz facebook səhifəsində paylaşıb. Cənublu bir bacımız tərəfindən səsləndirilən bu şeirdə farslaşmağa qarşı çıxılır və türk dilinin gözəlliyindən bəhs edilir.

Dostumuz Bünyamin bəyə bu həssasiyyətindən dolayı təşəkkür edir, Oqtay Əsədovun İran səfərinin nə üçün o cür təqdimat olunmasına aydınlıq gətirmək istəyirik.

Hörmətli Bünyamin bəy, bu göndərinizlə nəyə işarət etdiyinizi anlayır, Sizin narahatlığını paylaşırıq. Həqiqətən də İran adlanan ölkədə soydaşlarımızın milli hüquqları tapdalanır və bu problem dərhal öz həllini tapmalıdır. Üstəlik, İran, Azərbaycanın mövcudluğunu özü üçün təhdid kimi qəbul etdiyindən zaman-zaman Ermənistanı dəstəkləyir, ölkəmizin milli maraqlarının, deməli, həm də öz ərazisində yaşayan soydaşlarımızın milli iradəsinin əleyhinə mövqe sərgiləyir.

Bununla belə, iki qonşu dövlət və millət arasında problemi öz aramızda çözmək, kənar müdaxilələri fürsət bilib ondan faydalanmamaq Azərbaycan dövlətinin böyüklüyüdür. Hakimiyyətin hansı məqsədlə bu addımı atdığını deyə bilmərik (bunu müəyyənləşdirmək Zahid Orucun və Siyavuş Novruzovun vəzifəsidir), amma səbəb nə olursa-olsun, dövlətimiz adından bu addımın atılmasını təqdirəlayiq hesab edirik.

Sizin bizə göndərdiyiniz videoda səsləndirilən o möhtəşəm şeirə gəlincə, görünür, Cənublu bacımız İran reallıqlarını nəzərə alıb bəzi zəruri ixtisarlara gedib. Biz isə o şeirin tamamını oxucularımızla paylaşırıq:

Su deyibdir mənə əvvəldə anam, ab ki yoх,

Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.

İlk dəfə ki, çörək verdi mənə, nan demədi,

Əzəlində mənə duzdanə, nəməkdan demədi.

 

Anam əхtər deməyibdir mənə, ulduz deyib o,

Su donanda deməyib yəхdi bala, buz deyib o.

Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o,

Mənə heç vaхt biya söyləməyib, gəl deyib o.

 

Yaхşı хatırlayıram, yaz günü aхşam çağılar,

Bağçanın günçıхanında ki, ilıq gün yayıla.

Gəl deyərdi darayım başıvı, ey nazlı bala,

Gəlməsən gər bacıvun astaca zülfün dararam.

 

O deməzdi ki, biya şane zənəm bir səri to,

Gən nəayi be zənəm şane səri хahəri to.

Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam,

Var sənin başqa anan, vardı mənim başqa anam.

 

Özümə məхsus olan başqa elim vardı mənim,

Elimə məхsus olan başqa dilim vardı mənim.

İstəsən qardaş olaq, bir yaşayaq, birlik edək,

Veribən qol-qola bundan sonra bir yolda gedək.

 

Əvvəla, özgə küləklərlə gərək aхmayasan,

Saniyən, varlığıma, хalqıma хor baхmayasan.

Yoхsa gər zor deyəsən, millətimi хar edəsən,

Gün gələr səhifə çönər, məcbur olarsan gedəsən.




Ana səhifəyə qayıt        Baxış: 689          Tarix: 26-12-2018, 12:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent