Xəbər lenti

 

Naxçıvan Gömrük Kömitəsinin sədr müavini Mir Məhəmməd Seyidov bu gün intihar edib.

Ovqat.com-un etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, mərhum gömrükçü artıq ayyarımdır ki, mütəmadi istintaqa cəlb olunurdu.

Onun Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədovun işdən uzaqlaşdırılmasından sonra intensiv olaraq istintaqa cəlb olununması xəbər verilir. Mərhumun tapanca atəşi ilə özünə qəsd etdiyi bildirilir.

Qeyd edək ki, Mir Məhəmməd Seyidov bir neçə il bundan əvvəl Türkiyədə səfərdə olarkən qardaş ölkənin hüquq mühafizə orqanları tərəfindən gözaltına alınmış və bu hadisə böyük rezonans doğurmuşdu. Mərhumun son zamanlar Muxtar Respublikada niyə istintaqa cəlb olunmasının səbəbi isə bilinmir.

Aldığımız son məlumata görə, mərhumun ailəsi Naxçıvanı tərk etmək qərarına gəlib. Onlar özləri ilə bərabər Mir Məhəmməd Seyidovun da nəşini Bakya gətirmək istəyirlər. Mərhumun yas mərasiminin paytaxta keçiriləcəyi xəbər verilir.

Allah rəhmət eləsin.




Ana səhifəyə qayıt        Baxış: 3 800          Tarix: 31-12-2018, 00:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma