Xəbər lenti
7-03-2019, 22:48

  

İnsan oğlunun öz həyat şəraitini yaxşılaşdırmaq üçün əl atmadığı yol, vasitə və metod yoxdur. Allahın bizə verdiyi ağıldan maksimum istifadə edə bildiyimizdən təbiət üzərində hökmran ola bilmişik. Amma bəzən ağlımıza elə şeylər gəlir ki, bu üsullar hətta özümüzü də təəccübləndirir, vahiməyə salır. Bu gün mətbu orqanlarda dərc olunan bir yazı da xof yaradacaq mahiyyətdədir. Söhbət insan qalıqlarından gübrə kimi istifadə edilməsi ehtimalından gedir.

ADAM-ın yerli mətbu orqanlara istinadən verdiyi məlumata görə, amerikalı senator Ceymi Pedersen bu təkliflə çıxış edib. O,  insan qalıqlarının komposterlənməsinə icazə verilməsi təklifi irəli sürüb. Senatorun fikrincə, bu üsul insan qalıqlarının istifadə olunması üçün yararlı ola bilər. O, bu təşəbbüsün müsbət keyfiyyəti kimi məsələnin ekoloji tərəfini, həmçinin dəfn mərasimindən fərqli olaraq az xərc tələb etdiyini diqqətə çatdırıb.

Sual oluna bilər: Komposterləşdirmə nədir və cənab senator əslində nə təklif edir?

Qısa şəkildə desək, komposterləşdirmə mikroorqanizmlərin üzvi maddələrinin parçalanması yolu ilə qida tullantılarının zərərsizləşdirilməsi üsuludur. Yəni zibildən təbii gübrə düzəltmək deməkdir.

Komposter gübrələr bütün növ üzvi tullantıları birləşdirərək əldə edilir. Məqsədi əkinçilik üçün istifadə edilən torpağın strukturunu zənginləşdirmək və tənzimləməkdir. Komposter gübrələr kənd təsərrüfatı mallarının istehsalında həm məhsuldarlığı artırır, həm də mətbəximizdə artıq qalan tullantılar zibilə çevrilmədən, daha qısa yolla təbiətə qaytarılır.

 

Komposter gübrələrin hazırlanması o qədər də çətin deyil. Komposter maddələr, başqa sözlə desək, tullunatılar konteynerlərdə və ya bağda xüsusi qaydada hazırlanmış böyük quyuda batırılmaqla hazırlanır. Qarışığın gübrəyə çevrilməsi üçün ona hava və ya oksigen də lazım olur. Bunun üçün də komposter gübrə üçün nəzərdə tutulan zibil qutularının qapaqlarında deşiklər açılır və ya xüsusi qab hazırlanır.

Komposter gübrələrin hazırlanışında əsasən iki növ materialdan  istifadə olunur. Bunlardan biri azotla zəngin yaşıl, digəri isə karbonla zəngin qəhvəyi materiallardır.  Məsələn, yaşıl materiallar bunlar ola bilər:

-Meyvə və tərəvəz,

-Təzə otlar,

-Çay tullantıları,

-Yaşıl yarpaqlar,

-Yumurta qabıqları (gübrənin kalsium dəyərini artırır) və s.

Qəhvəyi material nümunələri:

-Kol və ağac qabıqları,

-Fındıq-qoz qabığı,

-Quru yarpaq və şam ağacının qozaları,

-Saman və s.

 

Komposter gübrələrin tərkibi 

 

Komposter tullantılarının 1/3-nü  azotla zəngin yaşıl materiallar, 2/3-nü isə karbonla zəngin qəhvəyi materiallar təşkil etməlidir. Bundan əlavə təzə kəsilmiş yaşıl otlar, yaxud su da çürümənin sürətləndirilməsi üçün istifadə oluna bilər.

 

Hazırlanışı:

  

Gübrə hazırlanan qaba ilk əvvəl qəhvəyi materiallar, daha sonra isə onların üzərinə azotla zəngin  yaşıl materiallar qoyulur. Və proses konteyner dolana qədər davam edir. Qarışıq çox quru olarsa, üzərinə bir az su  əlavə olunur. Çox sulu olanda isə əlavə qəhvəyi materiallar artırılır. Qarışığın gübrəyə çevrilməsi üçün onu 3-4 gün qarışdırmaq kifayət edir. 20-30 gün sonra komposter məhlullar hazır vəziyyətə gəlir.

Göründüyü kimi kompester gübrələrin hazırlanması, ABŞ senatorunun dediyi kimi, bir çox cəhətdən faydalıdır. Bu cür məhlulların hazırlanması prosesində, həqiqətən, həm tullantılar kənd təsərrüfatı məhsullarının emalına sərf olunduğu və torpağın mineral qatını zənginləşdirdiy üçün ekoloji, həm məhsuldarlığı artırdığı üçün iqtisadi fayda verir.

 Bununla belə, insan qalıqlarından kompester gübrələrin hazırlanması, yəqin siz də razılaşarsınız ki, əxlaqi cəhətdən xoş görünmür. Əvvəla, ona görə ki, insan və digər canlılar öldükdən sonra torpağa qarışdığından onsuz da yer səthinin minerallaşmasında müəyyən rol oynayırlar. Onların sümüyünün komposter gübrə istehsalında təkrar istifadə olunmasına bu mənada ehtiyac yoxdur. İnsan sümüyü həm kalsium, həm də karbonla zəngin olsa belə.

Üstəlik, ABŞ senatorunun sözündən belə anlaşılır ki, o, əslində minillərlə əvvəl ölmüş insanların sümüklərini də nəzərdə tutmur. Dəfn və mərasim xərclərindən danışarkən, yenicə ölmüş insanlardan bəhs edir və ölü yaxınlarına öz əzizlərini gübrə quyularına atmağı məsləhət görür. Ayrıca həmin cəsətlərin üzərinin digər zibil və tullantılarla örtülməsi təklif olunur.

Yumşaq desək, iyrənc və heç bir əxlaq normalarına sığmayan təklifdir.




Ana səhifəyə qayıt        Baxış: 304          Tarix: 6-01-2019, 22:55      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar