Xəbər lenti

 

ABŞ-ın embarqolarına qarşı İran öz imkanları ilə hərbi qüdrətini artırmağa qərar verib.

Ovqat.com-un İran mətbuatına istinadən verdiyi məlumata görə, cənub qonşumuz qarşıdakı 3 il ərzində 15 ədəd “Kövsər” tipli qırıcı təyyarə istehsal edəcək.

İddianı İran Hava Qüvvələri Komandiri General Əziz Nasirzadə irəli sürüb.

Onun sözlərinə görə, ilk “Kövsər” döyüş təyyarəsi artıq hazırdı və İran Hərbi Hava Qüvvələrində xidmətə başlayıb.

“Kövsər” təyyarəsi formaca Amerikanın “Northrop” şirkətinin dizaynı əsasında istehsal olunan “F-5f Tigere” tipli təyyarəyə bənzəyəcək. Dördüncü nəsil döyüş təyyarəsi olan “Kövsər”in "irəli aviasiya texnologiyaları" ilə təchiz edildiyi və çox məqsədli bir radar sisteminə malik olduğunu bildirən generalın fikrincə, bu istehsal ilə İranın hərbi qüdrətinin çəkindiriciliyi ciddi ölçüdə artacaq.

Qeyd edək ki, “Kövsər” İranın ilk milli hərbi təyyarəsi deyil. İran bundan bir neçə il əvvəl “stealth” tipli, yəni radara yaxalanmayan təyyarə istehsal edəcəyini açıqlamış və qısa müddətdən sonra “F-313 Qəhr” adı verilən həmin təyyarə böyük təmtəraqla təqdim olunmuşdu. Həmin təyyarə yüksək aerodinamikaya malik olmaması və idarə kabininə bir pilot sığa bilər kimi suallarla geniş müzakirələrə yol açmışdı.

“Kövsər”in “F-313 Qəhr”dən hansı xüsusiyyətilə fərqlənəcəyi bilinmir.

 

F-313 Qəhr təyyarəsi




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 7-01-2019, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma