Xəbər lenti

 

MDHP rəhbərliyinin bir müddət əvvəl partiya üzvlərinə Milli Şuranın sabah keçirilməsi nəzərdə tutulan mitinqinə qoşulmağa icazə verməməsi bir mənalı qarşılanmadı. Bəzi müxalif qüvvələr bir zamanlar siyasi məhbus olmuş millət vəkili Fərəc Quliyevin rəhbərlik etdiyi partiyadan bu cür qərar gözləmədiklərini bildirdilər. Bəzən bu iradlar sərtliyi ilə seçilirdi. Görünür, məhz bu səbəbdən MDHP bu gün yaydığı bəyanatda partiya rəhbərliyinin mövqeyinə aydınlıq gətirib. Heç bir əlavə şərhə ehtiyac duymadan bəyanatı Ovqat.com oxucularına təqdim edirik:

 

 

"MDHP mətbuat xidmətinin bəyanatı

 

Mehman Hüseynov bəhanəsi ilə keçirilməsi nəzərdə tutulan Milli Şuranın mitinqində Milli Dirşəliş Hərəkatı Partiyası üzvlərinin iştirakına partiya rəhbərliyi tərəfindən icazə verilməməsi bəzi “vətənpərvərlər” tərəfindən özlərinə məxsus və yaraşar səviyyədə etirazla qarşılanmış və sosial şəbəkələrdə yer almışdır.

Həbsdə olan Mehman Hüseynov məsələsi ictimaiətdə müzakirələrə səbəb oldu. Ən pis məqam isə ondan ibarətdir ki, bəzi qurumlar bu hadisədən öz məqsədi üçün yararlanmağa çalışırlar. Onlardan biri də Milli Şura adı altında fəaliyyət göstərən təşkilatdır ki, bu qurum güya Mehman Hüseynova azadlıq tələbi ilə mitinq keçirməyə qərar verib və bu aksiyaya dövlət tərəfindən rəsmi razılıq verilib.

Lakin, özlərinin elan etdikləri açıqlamadan da göründüyü kimi, mitinq təkcə Mehman Hüseynovla bağlı deyil, bir neçə tələblə keçirilməsi nəzərdə tutulur. Buradan da aydın olur ki, Milli Şura bu dəfə də həbsdə olan bir gəncin adından istifadə etməklə öz məqsədli tədbirini həyata keçirməyi planlaşdırır, ifşa olunduqdan sonra elektoratını itirən Milli Şura indi həbsdə olan bir gəncin adından istifadə etməklə öz tədbirinə müəyyən qədər kütlə toplamağa cəhd edir.

Rusiyada Moskva Cərrahiyyə İnstitunun akt zalında Vyaçeslav Volodinin birbaşa təşkilatçılığı ilə yaradılan Milli Şura bu dövlətin ölkəmizdə olan “5-ci kolonu” kimi dövlətçiliyimiz əleyhinə verilmiş tapşırıqları yerinə yetirməklə yanaşı, rəhbərlərinin bütün imkanlardan istifadə edib qrant əldə etmək hərislikləri artıq cəmiyyətə məlumdur. Hətta bunların üstü açıldıqdan sonra bir neçə partiyalar, ziyalılar, ictimai-siyasi xadimlər və s. həmin qurumu tərk etdi.

Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bəyan edirik ki, Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir- insanların duyğularından istifadə edərək öz məqsədlərini həyata keçirməyə çalışırlar. Bu məqsədlər mənfəət maraqları və dövlətçiliyimizə qarşı yürüdülən siyasətdən ibarətdir. Ona görə də biz nəinki Milli Şuranın çağırışlarına qarşı çıxırıq, ümumiyyətlə bu qurumun bütün fəaliyyətinə qarşı mübarizə aparırıq. İnsanları da, onlara alət olmamağa çağırırıq.

Volodinin uşaqları! Azərbaycana qarşı xüsusi missiya ilə yaradılmış Milli şuranın fəaliyyətinə dəstək verməkdir xəyanət və satqınlıq!

Milli şuranın üzvü və dəstəkçisi olub Fərəc Quliyevə irad tutan özünü Elçibəyçı kimi (yanında olub, yolunda olmayanlar)göstərənlər!

Elçibəyçilik isə Elçibəyin ideyaları ugruna mübarizə aparmaqdır. Bir lideri öldürmək onu fiziki mənada öldürmək deyil. Lideri öldürmək onun ideyalarını öldürməklə mümkündür. Milli Dirşəliş Hərəkatı Partiyası departamentlik institutu ilə fəaliyyət göstərir və Qarabağ departamenti, Qərbi Azərbaycan departamenti, Türk dünyası departamenti, Güney Azərbaycan departamenti, Borçalı departamenti, Dərbənd departamenti vasitəsilə Yolbayımız Əbülfəz Elçibəyin göstərdiyi Milli hədəflər ugruna fəaliyyət göstərir .

Bir vaxt Elcibəyin hakimiyyətində olub (yanında olub, yolunda olmayanlar) falçılara inanib Elçibəyə inanmayan və rəsmi görəvi olmalarına rəğmən Bəyi meydanda tək qoyub gizlənən, Elçibəy dünyasını dəyişdikdən sonra, Bəyi mətbu orqanlarında təhqir etdirən ”yurd” rəhbərlərinin yanında yer alan və sonra xaricə qaçan “vətənpərvərlər” Fərəc Quliyevə irad tutmaları tarixin ironiyası yox tarixin söyüşüdür, Volodinin uşaqları!

Məhbus məsələsi isə bəhanənizdir.

İstənilən məhbusun, o cümlədən Mehman Hüseynovun azadlığı ilə bağlı isə F. Quliyevin munasibəti KİV-də ifade olunub.

Buyurun_: KIV-də yayımlanan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev məsələnin həll yollarından danışdı: “Mən də həbsdə olmuşam. Allah həbsdə olanların hamısının qapısını açsın. Amma bir şeyi deyim. Mehmanın yaxınlarına da tövsiyə etmişdim ki, ondan bir alət kimi istifadə olunmasına musadə etməsinlər. Bəziləri qrantlar ələ keçirmək üçün bunu fürsət bilib hərəkətə keçirlər, xaricdən söyüş kampaniyası təşkil olunur. Bunlar yersiz məsələlərdir. Hesab edirəm ki, media kapitanlarının, ziyalıların, Mehman ailəsinin lap lazım gələrsə, deputatların müraciəti ilə həll etmək lazımdır. Mən də düşünürəm ki, məsələni böyütməyə dəyməz. Mehman bir müddətdir həbsdədir və onun azad edilməsi üçün addımlar atmaq mümkündür.” (Qeyd edək ki, deputatlardan biri kimi Fərəc Quliyev də nəzərdə tutulur).

Göründüyü kimi Milli Şuranın “vətənpərvər” cəfakeşlərinin hədəfi məhbusların azadlığı deyil. Ağaları Volodinlə birgə hədəfləri qarşılarında hər zaman maneə olan Milliyyətçi düşüncə və bu düşüncənin daçıyıcılarıdır.

 

Bizimsə hədəfimiz Bütöv Azərbaycandır.

 

Volodinlər yolumuza nə qədər zir-zibil toksə də, onları tapdalayaraq yolumuza davam!

 

MDHP mətbuat xidməti"




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 18-01-2019, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma