Xəbər lenti

 

ABŞ-da hökumətin "bağlanması"nın təsirləri Federal Təhqiqatlar Bürosundan (FTB) da yan ötməyib.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın ən önəmli təhlükəsizlik xidməti artıq öz agentlərinin maaşlarını ödəyə bilməyəcək hala gəlib. Bunun da beynəlxalq terrorla mübarizəni axsadacağından ehtiyat edilir.

Qeyd edək ki, ABŞ-da büdcə böhranı, dörd həftə yarımdır ki, davam edir.

Adını açıqlamayan FTB rəsmisinin mətbuata sızdırdığı məlumata görə, onlar agentləri və tərcüməçilərin gizli əməliyyatda istifadə etdikləri narkotik maddələri belə satın almağa pul tapa bilmirlər. Pulsuzluq ucbatından agentlərə ödəmələrini həyata keçirə bilmədiklərindən  onlardan alınan məlumatların bir daha gəlməmək və agent şəbəkələrinin yox olmaq təhlükəsi var.

 Büdcə böhranının davamının FTB əməliyyatlarına mane olduğunui bildirən qurumun Agentlər Birliyinin sədri Tom O'konnor da məlumatı təsdiqləyib və terrorizmlə qlobal mübarizənin və xarici dövlətlərin casusluq fəaliyyətinin qarşısını almaq işlərinin axsadığını söyləyib. Onun sözlərinə görə, 13 min civarında xüsusi agent pul almadan işləməyə məcbur edilir.

Büronun həmkarlar ittifaqı da iki həftə əvvəl bəyanat yayaraq vəziyyətin dözülməz həddə çatdığını bildirmişdi.

 FTB-nun bütün çığır-bağırlarına baxmayaraq, ABŞ-ı dərindən silkələyən böhranın yaxın zamanlarda həll olunacağına ümid azdır. Belə ki, büdcə layihəsinin qüvvəyə minməsi üçün hökumət 100 nəfərlik Senat üzvlərinin ən azı 60%-nın səsini almalıdır. Senatın böyük əksəriyyəti isə Trampın bəzi siyasətlərinə etiraz etdiklərindən layihəyə səs vermirlər.

 Hökumətin bağlanması səbəbindən bir ay qədər əvvəl məcburi məzuniyyətə ayrılan və ya pulsuz işləmək məcburiyyətində qalan dövlət rəsmlərinin sayı 800 mini keçib.




Ana səhifəyə qayıt        Baxış: 443          Tarix: 23-01-2019, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma