Xəbər lenti

 

“Hakim partiyanın ən böyük səhvi - dəyərlərin materiallaşdırmasıdır”.

Ovqat.com xəbər verir ki, bu iddianı tanınmış jurnalist, Haqqın.az və Virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev dünən facebook səhifəsində paylaşdığı statusunda irəli sürüb.

E.Fətullayevi qəzəbləndirən isə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun iqtidardan bəhrələnənləri hökuməti müdafiə etməyə çağırması olub:

“YAP-dakı Siyavuş bəyanat verib ki, bəs bu iqtidardan bəhrələnən insanlar hökuməti müdafiə etməlidir))) Bu nə yanaşmadır? Bu nə alverçi təfəkkürdü? Bəs dəyərlər? Məgər Heydər Əliyev fəlsəfəsinin dəyərləri yoxdur? Məgər insanlar mübarizəyə yalnız mal-mülk uğrunda atılmalıdır? Bəs ədalət, bərabərlik, azadlıq, insan səadəti? Faciə ondadır ki, bu fikri söyləyən insan yalnız millət vəkili deyil, Heydər Əliyevin uzun və fədakar mübarizəsi nəticəsində yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunub. Görün hakim partiya hardan hara gəldi - xalq tribunu Sirus Təbrizlidən mənzili partiya dəyərinə çevirmiş plebey Siyavuşa qədər gedən yol... Çox təəssüf!!! Məncə, Siyavuş öz siyasi fəaliyyətində ən qüsurlu bəyanatını verdi. Ay zavallı insan, sən çayxanada və ya kababxanada zarafat etmirsən, bütöv bir xalq qarşısında çıxış edirsən! Bundan sonra YAP gənclər arasında hansı dəyərləri təbliğ edəcək?”




Ana səhifəyə qayıt        Baxış: 1 228          Tarix: 5-02-2019, 02:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma