Xəbər lenti

 

Mərhum Prezident və milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin AXC ilə yanaşı, digər bir təşkilatı da qurduğu ortaya çıxıb.

Ovqat.com-un əldə etdiyi məlumata görə, Dünya Türklərinin (DTİ) İttifaqı adlanan təşkilat indiyədək fəaliyyət göstərirmiş.

Maraqlıdır ki, 1994-cü ildə yaradılan təşkilatın fəxri sədri hələ də rəhmətlik Elçibəydir. DTİ-nin faktiki lideri isə bilinmir.

Təşkilatın mərhum Əbülfəz Elçibəy tərəfindən yaradıldığını təsdiqləyən sənədlər də əlimizdədir. Həmin sənədlərdən biri də Əbülfəz bəyin Türkiyədə fəaliyyət göstərən MHP lideri mərhum Alparslan Türkeşə göndərdiyi məktubdur. Məktubda Türk dünyasında siyasi fəaliyyəti aktivləşdirmək və daha sistemli hala gətirmək üçün Türkiyənin yardımına ehtiyac duyulduğu vurğulanır və bu işləri koordinasiya etmək məqsədilə mətndə adı silinən birinin Elçibətin təmsilçisi kimi təyin olunduğu göstərilir.

 

Ötən ayın 27-də yaradılışın 25-ci ildönümünü qeyd edən DTİ yubiley toplantısında aktiv fəaliyyətə başladığını bəyanlayıb. Həmin bəyannaməni surətini təqdim edirik.

 

Yaxın günlərdə təşkilatın önəmli simalardan birindən müsahibə almağa və bilinməyənlərə işıq tutmağa çalışacağıq.

Bizi nəzərdən qaçırmayın!




Ana səhifəyə qayıt        Baxış: 5 205          Tarix: 7-02-2019, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma