Xəbər lenti

 

İki yerə bölünmüş Vətənimizin vüsal türküsünə çevrilən “Ayrılıq” mahnısının yazarı dünyasını dəyişib.

Ovqat.com xəbər verir ki, bu ağır itki xəbərini məşhur şair və siyasətçi Sabir Rüstəmxanlı yayıb.

Dünən özünün facebook səhifəsində paylaşdığı statusla xəbəri duyuran DAK sədri yazıb:

“"Ayrılıq" müəllifi dünyadan köçdü

Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayrılıq" mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat etmışdir. "Ayrılıq" şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəctəkarı Əli Səlimi yazmışdır. Mahnını ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur. "Ayriliq" milyonlarla soydaşımızı birləşdirən bir könül körpüsüdür və öz müəlliflərini həmişə diri saxlayacaqdır.

Dünya Azərbycanlıları Konqresi adından Fərhad İbrahimin yaxınlarına baş saglığı verir, ona Allahdan rəhmət diləyirəm.

DAK həmsədri Sabir Rüstəmxanlı

Fərhad İbrahimi “Ayrılıq” mahnısı ilə anır və Ovqat.com kollektivi adından bütün Vətən həsrətlilərinə başsağlığı veririk:

Allah rəhmət eləsin!




Ana səhifəyə qayıt        Baxış: 808          Tarix: 10-02-2019, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma