Xəbər lenti

 

ABŞ Prezidenti Donald Trampın dekabr ayındakı çəkilmə qərarından sonra eyni məzmunlu yeni bir açıqlama verilib.

Ovqat.com-un xarici mətbuata istinadən bildirdiyinə görə, regionun ən yüksək hərbi rütbəlisi general Cozef Votel mətbuat açıqlamasında Suriyadakı 2000-dən çox ABŞ əsgərinin ya bir neçə gün və ya həftələr ərzində evə dönməyə başlayacağını deyib.

General böyük ehtimalla əsgərlərin Suriyadan çıxarılmasına həftələr ərzində başlayacaqlarını bildirib və bunun regiondakı vəziyyətə bağlı olduğunu gizlətməyib.

O, həmçinin insan resurslarının hərbi sursatlardan daha rahat çıxarılma ehtimalını istisna etməyib və bu səbəbdən bəzi texnikaların artıq Suriyadan çıxarıldığını bildirib: “Hazırda ehtiyacımız olmayan avadanlıqlardan xilas oluruq”.

İraqdakı ABŞ əsgərinə gəlincə, general “orada bir miqdar hərbçinin qalacağını” deyib.




Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 11-02-2019, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma