Xəbər lenti

  "Dissident sorağında" adlı kitab "Elm və Təhsil" nəşriyyatında işıq üzü görmüşdür. Kitab Əzizə Şamil və Əli Şamilin uzunillik əməyi və zəhməti sayəsində araya-ərsəyə gəlmişdir.
    Tarix boyu toplum alışılmış qaydaların dəyişilməsini istəyən­ləri, fərqli düşünənləri, yenilikçiləri heç də xoş qarşılamamış, əksinə, onları susdurmağa çalışanların, cəzalandıranların tərəfini saxlamışdır. Sovetlər Birliyi dönəmində də belə olmuş, minlərlə insan iqtidarın yanlış siyasətinə etirazını bildirdiyinə görə cəzalandırılmış, haqlarında yanlış bilgilər yayılmış, həqiqət toplumdan gizlədilmişdir.

Sovetlər Birliyi çökdükdə arxivlər açılmış, gizlinlər ortaya çıx-mışdır. Varşavada yaradılan KARTA təşkilatı sosializm düşərgəsinin Doğu Avropa ölkələrindəki içtimai-siyasi baxışlarına görə təzyiq və təqibə məruz qalan insanları tanıtmaq məqsədilə “Dissident sözlüyü” ensiklopediyası hazırlamağı planlaşdırımışdır. “Dissident sözlüyü”nə materiallar hazırlamaq məqsədilə keçmiş sosialist respubliklarında və Sovetlər Birliyinin Avropa hissəsindəki respublikalarda işçi qrupları yaradılmışdır.

Kitaba “Dissident sözlüyü” Azərbaycan qrupunun hazırladığı və 1956 – 1986-cı illəri əhatə edən məqalələr daxil edilmişdir.
Kitabdakı məqalələrin maraq doğuracağını nəzərə alıb həmin məqalələri sıra ilə oxucularımıza çatdırmaq qərarına gəldik.
Ovqat.com

ABDULLAYEV ÇİNGİZ

 

Rejissor, gizli dərnək

rəhbəri, dissident.

 

 

Yoxsu bir ailədə doğulub. 1947-ci ildə Azərbaycan Teatr İnsti­tutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Sovetlər Bir­li­yi müttəfiqlərinin yardımıyla faşizm üzərində qələbə çalsa da, özü əsarətdə saxladığı xalqlarla faşistsayağı davranırdı. Buna bax­mayaraq, haqqı tələb edənlərin səslərini batırmaq olmurdu. Sə­sini duyuran, haqsızlığa qarşı dirənən gənclərdən biri də Azər­bay­can Teatr İnstitutunun tələbəsi Çingiz Abdullayev idi.

O, təkbaşına bir iş görə bilməyəcəyini anlayıb özünə fi­kir­daş­lar axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğ­run­­da mübarizə aparmaq istəyirlər. Lakin bu dərnəyin ömrü çox da uzun olmur. Xüsusi xidmət orqanları onların yazdıqları və­rəq­­lərin izinə düşür. Beləliklə, 1948-ci il avqustun 28-də Çin­giz Ab­dullayev Bakıdakı Voroşilov rayonunun 3-cü sahəsində mü­ha­kimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bən­di ilə, yəni “dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zə­rər vurmaq”da ittiham edilərək üç il azadlıqdan məhrum olu­nur. İnstitutdan da qovulan Çingiz Abdullayev cəzasını Sovet So­sialist Respublikaları İtti­faqının ən sərt rejimli cəza müəssi­sə­lə­­rində çəkir. 19 iyun 1950-ci ildə həbsdən azad edilsə də, məs­lək­daşları ilə əlaqə saxla­masın deyə Bakıda yaşamasına və işlə­mə­sinə icazə verilmir.

Bütün çətinliklərə və sıxıntılara baxmayaraq, Çingiz Ab­dul­layev Cahid Hilaloğlu ilə əlaqə qurur. Sovet Sosialist Res­pub­likaları İttifaqında azad fikirli insanların fəaliyyətinin məh­dud­laşdırıldığını görüb Azərbaycanın azadlığı uğrunda müba­ri­zə­ni mühacirətdə davam etdirməyi planlaşdırırlar. Mühacirət üçün ən münasib yer isə Türkiyə bilinir. Çünki Azərbaycan Cüm­­­huriyyəti rəhbərlərinin çoxu orada yaşayırdı. Onların ara­sın­da Çingiz Abdullayevin yaxın qohumu da vardı.

1956-ci ilin əvvəllərində Çingiz Abdullayevlə Cahid Hi­laloğlu Lerik rayonunun sərhəd kəndlərində mədəniyyət ev­lə­rin­də işləmək üçün Azərbaycan Sovet Sosialist Respublikası Mə­dəniyyət Nazirliyinə müraciət edirlər. Nazirlikdə iki gənc mü­tə­xəs­sisin ucqar rayonda işləməyə getmək istəyi rəğbətlə qar­şı­lanır və onlara tapşırılır ki, sənədlərini hazırlasınlar. Onların məq­sədi Lerikdən İrana keçmək, oradan da Türkiyəyə getmək olur.

Çingiz Abdullayev pasport qeydiyyatından çıxmaq üçün Moskvaya gedir. Orada Arxangelskdən xariçi ölkələrə yük apa­ran gəmilərə işçi axtardıqlarından xəbər tutur. Cahid Hi­lal­oğ­lunu Moskvaya çağırır ki, birlikdə Arxangelskə gedib yük gə­mi­lərində işə düzəlsinlər. Gəmi xarici ölkələrin birində olanda isə sahilə çıxıb bir daha geri dönməsinlər.

Cahid Hilaloğlu sənədlərini hazırlayıb Moskvaya yola düşən ərəfədə amerikalı skripkaçı İsaak Sterno Moskvaya kon­sert verməyə gəlir. Çingiz Abdullayev onun konsertinə bilet alır. İsaak Sternoya gül təqdim edərkən Amerika səfirliyinin te­le­fon­la­­rını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel De­vislə görüşür. O, Çingiz Abdullayevin xüsusi xidmət or­qan­la­rı­nın əməkdaşları ilə əlaqəsindən şübhələnsə də, təkrar görüş üçün vaxt və yer təyin edir. Dörd gün sonraya, yəni 1956-cı il mayın 8-ə təyin olunmuş görüşə Natyanel Devis deyil, səfirliyin hərbi attaşesi Frenk gəlir.

Onunla səfirliyin maşınında söhbət edirlər. Ətraflı sorğu-sual­­dan sonra üçüncü görüş üçün də vaxt və yer müəyyən­ləş­di­rir­lər. Lakin bu görüş baş tutmur. Çingiz 1956-cı ilin 8 mayında xü­susi xidmət orqanlarının əməkdaşları tərəfindən ya­xa­lanır. Elə hə­min gün onu Sovet Sosialist Respublikaları İttifaqı Dövlət Təh­lükəsizliyi Komitəsinin sədri, general İvan Aleksandroviç Serov (1905-1990) dindirir və səhərisi gün Moskva şəhər məhkəməsi Çin­giz Abdullayevi RSFSR CM 19-58 maddənin 1 hissəsinin a bəndilə tüfeylilikdə, yəni işsiz gəzməkdə ittiham edib həbsxanaya atırlar. Çingiz Abdullayev ona verilən yalançı itti­hamla razılaş­mır. 1956-cı il oktyabrın 10-da ona təkrar hökm oxu­nur. Bu dəfə və­tənə xəyanətdə suçlayıb Rusiya Sovet Fe­da­rativ Sosialist Res­publikası Cinayət Məcəlləsinin 58-10 maddə­si­nin 1 hissəsiylə şəxsi əmlakı müsadirə edilməklə 10 il azad­lıq­dan məhrumetmə və azad­lığa çıxdıqdan sonra da 3 il siyasi fəaliyyətlə məşğul olmamaqla cə­zalandırırlar. Beləliklə, onların xa­ricə getmək cəhdi də baş tutmur.

O, həbsxanadan Sovet Sosialist Respublikaları İttifaqı Ali Məh­kəməsinə, Ədliyyə Nazirliyinə ərizələr yollayır. Rusiya So­vet Fedarativ Sosialist Respublikası Ədliyyə Naziri Boldırevə ya­zır: ”Məni yazdığım vərəqlərdə Sovet Sosialist Respublikaları İtti-faqının bütün xalqlarını üsyana, insanları qul, zorakılıq, aclıq, böh­ran şəraitində saxlayan kommunist rejimindən azad olmağa çağırışıma görə ittiham edirdilər. Mən bildirməyə məcburam ki, bu “məhkəmə iclası” teatr tamaşasına oxşayır. Burada marionet ha­kim hətta məni son sözdən də məhrum etmişdi. Çünki son söz­də mən onların sifətlərindən maskalarını çıxaracaq, iç üz­lə­ri­ni açaraq onların fırıldaqçı, qaniçən, başkəsən, zülümkar olduq­la­rını sübut edəcəkdim. Bütün respublikaların milli mənafeyini müdafiə edərək onların Rusiya imperiyasının müstəmləkəsi ol­du­ğunu açıqlayacaq və respublikalarda BMT-nin nəzarəti altında azad seçkilər keçi-rilməsinin zəruri olduğunu söyləyəcəkdim. Onlar isə bütün qa-nunları kobudcasına pozaraq, ən elementar qay­daları tapdalayaraq mənə son söz vermədilər.

Çünki Sovet Sosialist Respublikaları İttifaqının bütün məh­kəmə və prokurorluq orqanları yuxarıların göstərişi ilə işlə­di­yinə mənim heç bir şübhəm yoxdur. Mən tam qətiyyətlə de­yirəm ki, Azər-baycanın qəhrəman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam. Bizə məlum olduğu kimi, ap­relin 5-7-də Tbilisidə və bütün Gürcüstanda çoxsaylı nü­mayişlər keçirilmişdir. Burada 200 min tələbə, fəhlə, kolxozçu, qa­­dın və qoca iştirak etmişdir. Onlar əllərində şüar tutaraq öz müs­təqilliyi və azad-lıqlarını, BMT-nin nəzarəti altında azad seçkilər keçirməyi tələb etmişlər.

Lakin imperator-diktator Rusiya, bütün Polşanın və Fin­lan­diyanın ağası “qarğıdalı generalı” Nikita Xruşşovun əmrini yerinə yetirən silahlı qüvvələr günahsız tələbələrin, qadınların, qocaların üstünə tanklarla hücüm edərək, onları güllələmiş və çox­­larını Sibirə sürgün etmişlər. Azərbaycan xalqına qarşı da be­lə ədalət-sizliklər edilmişdir. Xeyli ginahsız adam qanunsuz həbs edilmiş, təqiblərə məruz qalmışdır.

Azərbaycanın, Gürcüstanın və başqa respublikaların və­ziy-yətindən bəhs edən məruzə ilə çıxış etmək istəyirəm. Məq­sə­dim odur ki, BMT Baş Assambleyasının növbəti sessiyasında res­publikalarda azad seçkilər keçirilməsi haqqında qərar qəbul olun­sun. Xatırladaq ki, Rusiya 1917-ci ilin 16 noyabrında im­za­ladığı deklorasiyasında Sovet hakimiyyəti tərəfindən bütün dün­ya­ya elan etmişdir ki, yeni yaranmış sosialist, çoxmillətli döv­lə­tin əsasını aşağıdakı demokratik prinsiplər təşkil edir: Rusiyada yaşayan bü­tün xalqların suverenliyi və bərabərliyi, millətlərin öz müqəddə­ra­tını təyinetmə hüququ, millətlərin Rusiyadan ayrılıb öz dövlətlərini qurması və s. Bu prinsiplər 1922-ci ilin dekabrın­da Xalq Komis­sarlar Şurasının sədri Vladimir İliç Leninin təklifi ilə Sovet So­sia­list Respublikaları İttifaqının yaradılmasına dair ha­zırlanmış sənəd­də öz əksini tapmışdır. Lenin öz əsərində də bil­dirir ki, millətlər ittifaqı könüllü surətdə yaranır, hər bir döv­lət öz istəyilə başqa dövlətdən ayrıla bilər. Belə bir sual mey­da­na çıxır: bu təcavüzkar kommunist rəhbərliyi və Sovet Sosialist Res­publikaları İttifaqı hökuməti Leninin vəsiyyətini yerinə yeti­rir­mi? Əlbəttə, yox! Bu təcavüzkar, qaniçən, fırıldaqçı kom­munist­lər dünya ictimaiyyətini çaşqın salaraq hər yerdə biz “Le­ninin yolu ilə gedirik” deyirlər. Əgər onlar Leninin yolu ilə ge­dir­lərsə, bəs nə üçün onlar Azərbaycan və Gürcü xalqlarının qa­nu­ni tələblərini yerinə yetirmir, əksinə, kobud və vəhşicəsinə on­ların hüquqlarını tapdalayırlar?

Sovet Sosialist Respublikaları İttifaqı Konsitutusiyası ilə hər bir vətəndaş Sovet Sosialist Respublikaları İttifaqında ya­şa­maq­dan imtina edib xarici ölkəyə gedə bilər. Bəs nə üçün Sovet So­sialist Respublikaları İttifaqının təcavüzkar hökuməti konsti­tu­siyada yazılanların həyata keçməsinə imkan vermir? Əgər bu­nun həyata keçməsinə imkan verməyəcəksə, onda nə üçün bu maddə konsti-tusiyadan çıxarılmır? Görünür bu, vicdansız kom­munist­lərə dünya içtimaiyyətini çaşqınlığa salmaq üçün la­zım­dır. Qəzetlərdə yazıl-mışdır ki, Kiprdə Yunan gənclərinin nü­ma­yişi zamanı İngilis hökuməti bir tələbəni öldürmüşdür, bu da So­vet içtimaiyyətinin hiddətinə səbəb olmuşdur. Maraqlıdır, gö­rəsən Azərbaycanda və Gürcüstanda baş vermiş hadisələr – dinc nümayişçilərin güllələn­məsi və s. qanlı divanlar hansı miqyasda So­vet və dünya icti­maiyyətinin hiddətinə səbəb olmalıdır?! Mən bütün bunların hamısını DTK-dan olan Serova danışdım. O isə bu fikirlərimə görə məni azı 10 il azadlıqdan məhrum et­di­rə­cə­yini bildirdi.

Sovet Sosialist Respublikaları İttifaqı hökuməti hər yerdə car çəkir ki, bizdə mətbuat və söz azadlığı var. Lakin hər bir xırda tənqid üçün milyonlarla insanı həbsxanalarda və islah-əmək düşərgələrində çürüdür. Dünyanın heç bir ölkəsində belə qa­nunsuzluq yoxdur.

On üç il kommunist əsarəti altında qalan Macar xalqı bu zo­rakılığa, yalana, aclığa dözməyib 1956-cı ilin oktyabr- noyabr ay­­larında ayağa qalxdı. Onlar Sovet qoşunlarının Macarıstan əra­­­zisindən çıxarılmasını, bir sözlə, öz azadlıqlarını və müs­təqil­lik­lərini, yeni hökumətlərini qurmalarını istəyirdilər. Bunun müqabi­lin­də Sovet hökuməti oraya əlavə qoşun yeritdi, tank və təyyarə­lərin gücüylə dinc əhalini vəhşicəsinə qırdı. Burada baş verən hadisələr “əksinqilabi qiyam” adlandırılır. Bəs nə üçün Əlcəzairdə, Yəməndə, Suriyada belə hadisələr “xalq azadlıq hərəkatı” adlanır?”

Çingiz Abdullayevin RSFSR Ədliyə Naziri Boldırevə yol­la­dığı məktub quruluşun əsaslarını laxladırdı. Ona görə qapalı şəraitdə Mordva MSSR Ali Məhkəməsi 1957-ci il 13 iyulda ye­ni­dən onun işinə baxır və cəza müddəti 13 iyun 1957-ci ildən he­sablanmaqla o, 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən məh­rum­etmə ilə cəzalan-dırılır. Cəza müddəti bir il də artırılır və Vla­dimir şəhərindəki xü-susi rejimli həbsxanaya, təkadamlıq ka­me­raya göndərilir.

1963-cü ildə onu Mordva MSSR-dəki xüsusi-ciddi rejimli islah-əmək düşərgəsinə qaytarırlar. Əqidəsindən dönməyəcəyini görüb 1964 -cü ildə Serbiski adına Ümumittiaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna «müayinəyə» göndərirlər. Bu ins­tituta Sovet cəza maşınının əsasını qoyan, DTK-nın ilk rəh­bər­lə­rindən Feliks Edmundoviç Dzerjinskinin qızı M.F.Talse rəh­bərlik edirdi. Onun başçılıq etdiyi komissya 1956-cı ildə Çin­giz Abdullayevə ”anlaqlı” diaqnozu qoymuşdusa, bu dəfə «anlaqsız» hesab edir və SSRİ Daxili İşlər Nazirliyinin Ya­ros­lavl vilayətinin Rıbinsk şəhərindəki xüsusi tibbi psixi xəs­tə­xa­naya məcburi müali­cəyə göndərir. Orada da Çingiz Abdullaye­vin sakit otur­ma­dı­ğını görüb Sıçov şəhərin-dəki xəstəxanaya yol­la­yırlar. İki il yarımlıq «müalicə»dən sonra 1968-ci ilin iyu­lun 25-də Smolensk vilayətinin Sıçov şəhər Xalq Məhkəməsinin qə­ra­rıyla Bakıya 1 nömrəli Maştağa Psixi Xəstə-xanasına yolla­yır­lar.

Çingiz Abdullayev xəstəxananın baş həkiminin onunla rəf­ta­rından həyatının təhlükə qarşısında olduğunu görür. Uzun il­lərin «müalicə»si nəticəsində Çingiz Abdullayevin gözündə qla­ko­ma, mədəsində və onikibarmaq bağırsağında  xora, pankretit xəs­təlikləri yaranır. Elə bu xəstəliklərə görə də, həkim ko­missi­ya­sı onun ikinci qrup əlil olduğunu müəyyənləşdirir. Orada onun kimi məcburi «müalicəyə» göndərilmiş Nadir Ağayevlə ta­nış olur və başına gələnləri qısa da olsa, yazdırıb qohumlarına gön­dərə bilir. 14 il 4 aydan sonra «humanist» Sovet hüquq or­qan­ları 1970-ci ilin 25 avqustunda onu «müalicəxana-həbsxana»dan azad edirlər.

O, həbsxanadan ikinci qrup əlil kimii azad edildiyi üçün Azər­baycan Korlar Cəmiyyətində işə düzəlir. Burada da fikir­lə­rini sərbəst söyləyir, Sovet hökumətinin qəddarlıqlarından da­nışır. Onu daim nəzarətdə saxlayır və iş yoldaşları arasında fikir forma-laşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağlı po­zuldu­ğun­dan belə danışır.

Bütün bu ağrılara-acılara, təqib və təzyiqlərə baxmayaraq, Çin­giz Abdullayev yenidən xaricə getməyi planlaşdırır. Moskva­ya gedir. Çox çətinliklə də olsa, 1982-ci ilin 15 sentyabrın­da mi­li­sin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin ha­sa­rın­dan aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Səfir Karl de Qeera, səfirin birinci katibi Xell Qren onunla xeyli söhbət edirlər. Danı­şıqlarında sərbəst, hərəkətlərində tam anlaqlı olduğunu gör­sə­lər də, onu səfirliyin həkimlərinə müayinə etdirirlər. Bununla kifa­yətlənməyib İsveçrədən iki professor da dəvət edirlər. Onlar da Çingiz Abdullayevdə psixi pozğunluq olmadığını təs­diq­lə­yir­lər. İsveçdə və başqa xarici ölkələrdə çap olunan qəzetlər onun haqqında geniş məqalələr yazırlar. 

Məsələnin böyüdüyünü görən Sovet tərəfi vəziyyəti nə­za­rət altına almaq üçün Çingiz Abdullayevə vəd edir ki, İsveçrə səfirliyindən çıxsın və vizası gələnədək gözləsin, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcək. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» meh-manxanasında qalmağa razılaşır. Səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun nəinki bütün xərclərini ödəyir, həm də müalicəsi qayğısına qalır.

SSRİ Ali Soveti Rəyasət Heyətində isə Çingiz Ab­dul­la­yevin xaricə getməsi məsələsi süründürməciliyə salınır. 1984-cü ilin 19 oktyabrında DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otağa daxil olur, onu həbs edərək gizli şəkildə Moskvadakı milis ida­rələrindən birinə gətirirlər. Orada Çingiz Abdullayevi Azər­bay­candan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Onlar da Çingiz Abdullayevi təyyarənin gecə reysilə əlləri bağlı, sər­ni­şin­lər­dən təcrid olunmuş şəkildə gizlincə Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixi Xəstəxanaya qoyurlar.

Sovetlər Birliyinin çöküşündən sonra Çingiz Abdullayevə nə­zarət də azalır. O, yenidən xəstəxanadan buraxılır və İs­veç­rə­dən siyasi sığınacaq istəyir. 1991-ci ildə qocalıb, əldən düşmüş, kim-səsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. Onun son sorağını 1998-ci ildə Bern şəhərindən almışdıq.




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 16-02-2019, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma