Xəbər lenti
7-03-2019, 22:48

 

Son zamanlar yanğın hadisələri artıb.

Ovqat.com xəbər verir ki, bir müddət əvvəl Sədərək bazarında baş verən yanğın hadisəsindən sonra bənzər xəbər Bakının müxtəlif yerlərindən gəldi.

Bu gün də ölkənin informasiya agentliklərinə iki yanğın hadisəsi xəbəri yansıyıb.

Ona.az-ın bildirdiyinə görə, Xırdalanda Abşeron Gənclər Şəhəriciyində yerləşən yaşayış binalarından birində yanğın baş verib. Hadisə binanın 6-cı mərtəbəsində qeydə alınıb.

Yanğın zamanı bir nəfərin öldüyü deyilir. Hadisə yerinə Yanğından mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub. Yanğının qarşısı tam alınıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Digər bədbəxt hadisə isə Xaçmazda yaşanıb. 

Rayonda yaşayış evinin yanması nəticəsində iki nəfər dünyasını dəyişib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.  Kənd sakini 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğluna məxsus ümumi sahəsi 20 kvadratmetr olan bir mərtəbəli bir otaqlı ev yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirov və övladı 2013-cü il təvəllüdlü Taleh Qədirovun yanmış meyitləri aşkar edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Keçmiş təcrübələr Azərbaycanda bir sıra yanğınların arxasında şübhəli məqamların olduğunu göstərir. Son vaxtlar bu kimi bədbəxt hadisələrin artmasında hansısa bəd niyyətlər rol oynaya bilərmi?

Ümidvarıq ki, FHN və digər müvafiq orqanlar araşdırmalarında bu ehtimalı da nəzərdən qaçırmayacaqlar.




Ana səhifəyə qayıt        Baxış: 109          Tarix: 7-03-2019, 11:06      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent