Xəbər lenti
7-03-2019, 22:48

 

  Elçin Rüstəmli

Rayonlarda əhalinin vəziyyəti acınacaqlıdır. Əksəriyyət işszdir, yoxsulluq həddi az qala 80 faizə yaxındır. İnsanlar ümidsizdirlər, düşdükləri durumdan çıxış yolu görmürlər.

Vəziyyətn bu həddə qədər pisləşməsinin bir neçə səbəbi var:
1.Rusiyadan gələn vəsaitlərin kəskin azalması
2. Kənd təsərrüfatının sıradan çıxması, rentabelli mənbəyə çevrilə bilməməsi
3. Dövlət invesistiyalarının bölgələrə gəlib çatmaması, mənimsənilməsi.

Həllini gözləyən ən vacib problem kənd təsərrüfatındakı acınacaqlı durumdur. Çünki kəndli məhsul əkib-becərmək imkanlarını itirir, torpaq sahələri getdikcə iri mülkədarların əlinə keçir. İnkişaf etmiş ölkələrdə aqrar sektor birmənalı dövlət dəstəyinə arxalanırsa, Azərbaycanda tərsinədir. Dövlət qurumu fermeri, kəndlini deyil, iri mülkədarların maraqlarını müdafiə edir.

Kəndli torpağı əkinə hazılaya bilmir, çünki subsidiya hesabına veriləsi mineral gübrələr onlara verilmir, bir əldən gizli yolla satışa çıxarılır.

Dövlətin hektar hesabı, özü də məhsul ilinin sonunda verdiyi cuzi vəsait fermərə zərrə qədər də kömək etmir.
Normal toxum sortları ölkəyə gətirilmir, gələn toxumlar isə mülkədarların əkin sahələrinə yönəldilir.

Kəndlilinin, fermerin Aqrolizinqin texnikalarından istifadə etmək imkanı yoxdur. Onu nə icarəyə götürməyə, nə istifadə etməyə maddi imkanları yoxdur, çünki qiymətlər çox bahadır. Bu texnika da aqrar sektorda hegemon olan aqroparkların və s iri məmurlara bağlı fermer təsərrüfatlarının sərəncamındadır.
Satış bazarları yoxdur, kəndli məcbur qalıb becərdiyi məhsulu öz qapsında dəyər-dəyməzə alverçilərə verir, onlar isə Bakıdakı bazarlara çıxarıb daha çox qazanırlar.

Mövsüm zamanı bazarlar xarici mallardan qorunmur. Yenə xaricdən idxalla məşğul olan məmur şirkətləri ucuz məhsullarla bazarı doldurub kəndlinin belini qırırlar. 
Paytaxda və bölgəlrdə elə bazarlar yoxdur ki, kəndli məhsulunu ora gətirib rahat sata bilsin. İşbazlar burada elə şərait yaradıblar ki, kəndliyə ora üz tutmaq qətiyyən sərf eləmir.

İndi kənd sakinləri aqroparklarda, istixanalarda qul əməyi ilə məşğuldurlar. Pambıqçılığın inkişafı strategiyası da bir tərəfdən qul əməyini stimullaşdırır. Hökumət kəndlinin əkib-becərib qazanmasında yox, gündəlik cüzi gəlirlə yaşamasında maraqlıdır.

Bu yanlış siyasət bölglərdə quldarlıq rejimi yaradıb, insanlar səfalətə, məhrumiyyətlərə məcbur edilir.
Belə görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin "asan könüllüləri" ilə bu vəziyyət nəinki düzələcək, əksinə, daha da bərbad hala gələcək.




Ana səhifəyə qayıt        Baxış: 210          Tarix: 8-03-2019, 07:21      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent