Xəbər lenti
7-03-2019, 22:48

 

Dünya bazarında neftin qiyməti bahalaşmağa başlayıb.

Ovqat.com xəbər verir ki, bu gün 1%-dən artıq bahalaşan Brent markalı neftin qiyməti 67.40 dollar/barrelə qədər yüksəlib.

Ekspert bu yüksəlişi təsadüfi hesab etməsələr də, yaxın günlərdə ciddi artım gözləmirlər. Ciddi qiymət dəyişikliyi bu ilin ikinci yarısında OPEC üzvlərinin keçirəcəkləri sammitdən sonra baş tuta bilər. Zira həmin sammitdə neft hasilatının daha da azaldılıb-azaldılmayacağına qərar veriləcək.

İddialara görə, indiki artımın da başlıca səbəbi əslində OPEK və Rusiyanın dekabrın 7-də Avstriyanın paytaxtı Vyanada keçirdikləri sammitin nəticəsi ilə bağlıdır. Həmin sammitdə tərəflər qlobal gündəlik hasilatı 2019-cu ilin 6 ayı ərzində 1.2 milyon barrel azaltmağa qərar vermişdilər. Bunun təsiri isə indi-indi öz nəticəsini göstərir. Növbəti sammitdə tərəflərin hansı qərar verəcəyini təxmin etmək isə imkansızdır.

Bahalaşmanın digər səbəbi bəzi ölkələrin hasilatının məcburi azalması ilə əlaqədardır. Bunlardan biri İrandır. Bu ölkəyə qarşı tətbiq olunan sanksiyalardan sonra İranın hasilatı xeyli aşağı düşüb. Sanksiyalardan əvvəl gündəlik 3.5 milyon barrel neft hasil edən İran hazırda 2.65 milyon barrellə kifayətlənməli olub. Gündəlik 1 milyon barrelə yaxın azalma istər-istəməz neftin qiymətlərinə də təsir göstərir.

Son zamanlar daxili siyasi gərginliklərlə çalxanan Venezuella da hasilatı azaldıb. Məlumata görə, bu ölkə siyasi gərginlikdən əvvəl gündəlik 1.3 milyon barrel neft istehsal edirdisə, indi bu rəqəm 750 min barrelə enib. Hər iki ölkənin neft hasilatının azalması dünya bazarında qiymətlərə təzyiq edir və bu da bahalaşmanı şərtləndirir.

Bahalaşmanın daha kəskin xarakter almasını tormozlayan amillər də az deyil. Bunlardan biri ABŞ-ın neft hasilatını artıraraq, digər hasilatçı dövlətlərin önləyici tədbirlərinin qarşısını almaq səyləridir. Məlumata görə, ABŞ 16-22 fevral həftəsində gündə ortalama 12,1 milyon barrel neft hasil edərək rekord qırmış və qara qızıl istehsalında liderliyi öz əlinə almışdır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, ABŞ yeni qaya nefti quyuları hesabına hasilatı daha artıracaq və 2024-cü ilə qədər qlobal tələb açığının 702%-ni qarşılayacaq duruma gələcək. Bu isə ABŞ-ın yaxın illərdə neft bazarını tamamilə öz hegemonluğu altına alacağı deməkdir və OPEK ölkələrinin hasilatda kəsintilərə getmək strategiyasını mənasızlaşdırır. Odur ki, OPEK-in növbəti sammitində hasilat kəsintisinə getmək qərarının təkrarlanacağına inam azalır.

Kəskin bahalaşmanın qarşısını alan digər səbəb ABŞ-la Çin və digər sənaye dövlətləri arasında gedən ticari müharibələrdir. Tramp hakimiyyətə gəldikdən sonra ABŞ sənayesini gücləndirmək məqsədilə ixdal mallarına tətbiq etdiyi əlavə gömrük rüsumları ilə bu savaşa start vermiş, xüsusilə son zamanlar rəqiblərinə qarşı basqılarını artırmışdı. Nəticədə qlobal sənayedə azalmalar müşahidə olunur ki, bu da neftə olan tələbatı zəiflədir və istehsalçıları daha çox fədakarlığa getməyə vadar edir.

Görünən budur ki, neftin dünya bazarındakı qiyməti bu ilin ilk yarısınadək 1%-lik eniş-çıxışlarla stabilliyini qoruyacaq. İlin ikinci yarısında isə ciddi ucuzlaşma baş verə bilər.

P.S. Yazı çapa hazırlanana qədər Brent markalı neft 66.83 dollar/barrelə enmişdi.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 304          Tarix: 12-03-2019, 17:40      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar