Xəbər lenti
7-03-2019, 22:48

  

“Eynulla Fətullayev haqqa gəlib”.

Ovqat.com xəbər verir ki, bir çoxlarınız üçün sürpriz olan bu iddianı dəmir monopoliyasının fəaliyyətindən əziyyət çəkən Nazim Bəydəmirli irəli sürüb.

Bu gün paylaşdığı facebook statusuna görə, Nazim bəyə şad xəbəri bir jurnalist verib. Adı çəkilməyən həmin jurnalist fikrini əsaslandırmaq üçün ortaya təkzibedilməz faktlar qoyub. Özü də bu faktlar foto-şəkillə dəstəklənib. Bəs, bir çoxlarınıza imkansız kimi görünən dəlillər nədən ibarətdir?

Gəlin, Nazim Bəydəmirlinin müəlliflik hüququnu daha artıq tapdamadan onun paylaşdığı statusa nəzər salaq:

“Bir facebook dostum göndərib ki, jurnalist haqqın yoluna gəlib, artıq İran armaturlarını pisləmir, Baku steel-in də başqa biznes adamlarına reyder hücumu təşkilini pisləyir və deyir ki, Azərbaycanda olan hadisələr İranda ola bilməz və hakimiyyət nümayəndələri də Azərbaycandan fərqli olaraq adi təyyarələrdə uçurlar..siz oxuyun qiymət verin..ki, kimləri "hədəfə alıb"..

"Находясь в Исфахане, я посетил крупнейший горно-обогатительный комбинат в 50 километрах от города. Иранцы создали промышленные объединения на основе самых совершенных технологических разработок. Это предприятие открылось год назад, и было построено всего за 20 месяцев. Ничего подобного нет ни в Турции, ни в России. Недавно российский металлургический магнат Алишер Усманов заказал известной итальянской компании Danieli (ведущая компания в мире по величине поставок оборудования и установок для металлообрабатывающей промышленности) построить идентичный завод в России… И по признанию ведущих специалистов в мире, иранский завод по своим совершенным установкам и оборудованию ничем не уступает итальянской компании.

Мой главный вывод: так просто эту величайшую державу не сломить. Находясь целых 40 лет под гнетущими санкциями, Иран не только держит удар, но и активно развивает свои промышленные и военные технологии, конкурируя с супердержавами. Однако, главное завоевание современного иранского общества – социальная справедливость и верховенство закона. В этой стране «отъём частной собственности» либо наезд на бизнесмена – жутко крамольная мысль.

Я покидал Исфахан на частном самолете с группой бизнесменов. Спрашиваю в аэропорту у начальника контрольно-пропускной службы: «А члены правительства и их семьи пользуются Бизнес-авиацией?». Бородатый офицер с суровым взглядом отвечает: «Сын Хаменеи встает в очередь за билетом в Эконом-класс».

Doğrudan da maraqlı paylaşımdır. İndiyə qədər açıq-aşkar monopolist münasibətləri dəstəkləyən, İran armaturlarına qarşı səlib yürüşünə başlayan Eynulla Fətullayevin İsfahana səfəri, deyəsən, bütün fikirlərinin alt-üst olmasıyla nəticələnib. Hətta bu dəyişiklik bir çox məqamlarda İranı mədh edəcək səviyyəyə varıb. İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Atalar demişkən, “bir dəlilər, bir ölülər öz fikirlərini dəyişməzlər”. Allaha çox şükür, tanınmış jurnalistdə bu iki halın heç biri mövcud olmadığından fikirlərindəki “U” dəyişikliyi də normal qarşılanmalıdır.

Amma səmimi desək, bütün bunların zamanlaması xoşagəlməz ehtimallara da yol açır. Sirr deyil ki, Paşinyanın məlum səfərindən sonra Azərbaycanla İran arasında sərin küləklər əsməyə başlamış, hətta bəzi ekspertlər bunu rəsmi Tehranın ölkəmizə qarşı elan olunmamış soyuq savaşı kimi qiymətləndirmişdilər. Belə bir zamanda tanınmış və hakimiyyətə yaxınlığı ilə seçilən jurnalistin İrana səfəri əsnasında gözlənilməz təəssüratlarını oxucuları ilə bölüşməsi istər-istəməz təəccüb doğurur. Görəsən, Eynulla bəy İsfahanda nə ilə üzləşib ki, “U” dönüşü etmək məcburiyyətində qalıb?

Ümidvarıq ki, İranda tanınmış jurnalistin can güvənliyinə hər hansı bir təhlükə yoxdur və o, bütün fikirlərini səmimi şəkildə dilə gətirib. Bütün hallarda Azərbaycanın xüsusi xidmət orqanları bu “U” dəyişikliyinin əsl səbəbini araşdırmalı, tanınmış jurnalistin təhlükəsizliyini qarantiya altına almalıdır.




Ana səhifəyə qayıt        Baxış: 798          Tarix: 15-03-2019, 00:40      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar