Xəbər lenti
7-03-2019, 22:48

 

Prezident İlham Əliyevin əfv fərmanı ilə azalığa qovuşanlardan biri hüquqşünas Rüfət Səfərovdur. Zərdab rayon prokurorluğunda müstəntiq işləyərkən müxalifyönlü çıxışlarıyla diqqət çəkən hüquqşünas az sonra azadlıqdan mərhum olundu. 3 illik zindan həyatının ardından dünən azadlığına qovuşan Rüfət Səfərovun ilk işi öz facebook səhifəsindən ictimaiyyəti salamlamaq oldu.

Azərbaycan siyasi ədəbiyyatına sentimental vətənpərvərlik və mübarizə nümunəsi kimi düşəcək həmin yazını Ovqat.com oxucularına təqdim edirik: 

 

“Salam, əziz dostlar. 3 ildən sonra yenidən sizinlə bərabər olmaqdan məmnunam. Şübhəsiz, yaxın günlərdə fikirlərimi daha geniş surətdə ifadə etmək imkanım olacaqdır, amma bu illərdə mənə qeydkeş münasibət göstərən dostların marağını nəzərə alıb, mövcud halımı qısa formada izah etməliyəm:
Bu ölkədə hər kəsin bildiyi, lakin tiraniyanın əksər qəlb və beyinlərə yeritdiyi qorxu hissinin ucbatından dilə gətirə bilmədiyi bəlli həqiqətləri söyləyib yazdığıma görə özümün və ailəmin ömründən 3 il açıq surətdə talandı. Bəli, bu hakimiyyət təkcə xalqın malını-dövlətini, neftini-qazını, təbiətini-meşəsini, suyunu-dənizini, təhsilini-mədəniyyətini, qələmini-sözünü, seçimini-səsini deyil, həm də ömrünü-gününü soyur. Bunlar azərbaycanlıların ömür soyğunçularıdır.
Yalan üzərində bina edilmiş rejim dürüst sözdən necə qorxurmuş, dostlar. Adamlıqla bir araya gəlməyən üsullar tətbiq etdilər, vəhşicəsinə işgəncələrə məruz qoydular ki, yalanlarının önündən doğrularımızla qaçaq. Son məqsədləri sındırıb qazanmaq istəyi idi, lakin faydalı xassələr qazandırdılar.
Əvvəl hansı bünövrə prinsipləri rəhbər tutub yaşayırdımsa, eynisi varlığıma hakimdir. Əhəmiyyətlisi budur ki, təkmilləşmə mövcuddur: həbsədək təbiəti, cəmiyyəti, insanı elə də bilməyən Rüfət çox mətləblərdən hali oldu. Azadlıqda ikən iradə, əzm və səbatın nə demək olduğunu ədəbi mətnlərdən öyrənirdimsə, məhbəsdə gerçək həyatdan fəhm etmək imkanım oldu.
Bilənlər bilir ki, şişirtmə və ya kiçiltmə mənə görə deyil. Real durumu süsləmədən ərz edim ki, səhhətim normal, psixologiyam qaydasında, ədalətsizliyə qarşı mübarizə əzmim əvvəlki həddən də artıq, fikirlərim qəti, mövcud idarəçilik barədə təsəvvürlərim apaydındlr.
Əziz atam Eldar Sabiroğlu məni bağrına basdıqdan bir az sonra sual etdi: ağlın artdı? Cavab verdim ki, ağlımın artıb-artmadığını söyləyə bilmərəm, amma yəqin edirəm ki, ixtiyari varlığı başa düşüb hiss etməyəndə, yaxud hiss edib başa düşmyəndə ümumi qavrama yarımçıq olur. Tam dərk baxımından hissi qavrayışla şüurun ittifaqı cəlbedicidir. Bu mənada, Azərbaycandakı şiddət saçan iqtidar barədə oxuyub öyrənmişdim, fəqət hiss etməmişdim. Həbsdə keçirdiyim günlər, bu rejimin mövcudluğunu dərimdə duymağım avtoritarizmin cövhərini tam anlatdı. Məhz bu anlayışı gələcək uğurlarımın baslıca rəhni sayır, hüquq və vətəndaşa söykənən dövlət-cəmiyyətin qurulacağına inanıram. Təbii, bu inamı təkbaşına qazanmadım. Həbs dövründə sayğıdəyər dostlardan aldığım fasiləsiz dəstək mübarizəyə və onun uğurlu nəticələrinə dair dərin inam hissinə stimul oldu.
Həyatımın məşəqqətli mərhələsində vicdanının səsinə qulaq asıb məni və ailəmi tək qoymayan insanların, ələlxüsus rəhbəri dəyərli aydınımız Eldaniz Quliyevin olduğu Hüquqlarımın Müdafiə Komitəsinin üzvlərinin, müdafiə işini keyfiyyətlə quran dostlarım Behruz Bayramov, Yalçın İmanov və Fariz Namazlının zəhmətinin, eləcə də informasiya dəstəyi verən azad media mənsublarının diqqətinin əbəs olmadığını sonrakı fəaliyyətimlə təsdiq etməyə çalışacağam. Var olun!




Ana səhifəyə qayıt        Baxış: 346          Tarix: 19-03-2019, 00:24      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar