Xəbər lenti

  

ABŞ-ın vitse-prezidenti Mayk Pens Nyu Hampşirə səfərini son anda təxirə salıb.

Ovqat.com Amerika mediasına istinadən xəbər verir ki, səfərin təxirə salınma səbəbi açıqlanmır və Mayk Pensin sadəcə Ağ evə çağırıldığı bildirilir.

Məlumat vitse-prezidentin sözçüsü Alissa Farah tərəfindən də təsdiqlənib. Öz Twitter səhifəsində mövzu ilə bağlı açıqlama verən Farah vitse-prezidentin Vaşinqtonda qalmasını şərtləndirən vəziyyətin ortaya çıxdığını bildirməklə kifayətlənib, amma qorxulu heç bir şeyin olmadığını da vurğulqayıb:

“Təcili bir vəziyyət yoxdur. Mayk Pens ən qısa müddətdə Nyu Hampşirə səfərini yenidən planlaşdıracaq".

Amerika mediasına açıqlama verən adı çəkilməyən digər rəsmilərdən biri də bu müəmmaya aydınlıq gətirməkdən qaçınıb. Onun fikrincə, bu qərar heç də prezidentin və ya vitse-prezidentin sağlamlığı ilə əlaqədar deyil: “Milli təhlükəsizlik sahəsində də hər hansı problem yoxdur”.

Bəs, o zaman Cənab Pens onun yolunu gözləyən  Nyu Hampşirliləri niyə bu qədər intizarda qoyub?

Yəqin ki, yaxın günlər ərzində bu müəmmaya aydınıq gətiriləcək. Hələlik isə bir çox müşahidəçilər dünyanın super gücünü bu qədər narahat edən məsələnin Rusiyadan qaynaqlandığını düşünürlər. Bu mülahizəyə görə, ötən gün Rusiyanın 14 dənizçisinin ölümüylə nəticələnən sualtı gəmisində yanğın çıxmış və Kreml yetkililəri, o cümlədən Vladimir Putin də səfərlərini təxirə salmışdı. Daha sonra "Loşarik" adlı sualtı gəminin atom enerjisi ilə işlədiyi məlum olmuşdur.

Əgər Ağ evdə də məhz bu səbəbdən bütün proqramlar təxirə salınırsa, deməli, vəziyyət kifayət qədər ciddidir.

Dünyanı yeni Çernobıl təhlükəsimi gözləyir? Ümidvar olmaq istərdik ki, bu qorxunc ehtimal doğrulmayacaq.   




Ana səhifəyə qayıt        Baxış: 613          Tarix: 2-07-2019, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma