Xəbər lenti

 

Polşada 10 Aİ üzvü və 6 Balkan ölkəsinin iştirakı ilə keçirilən liderlər sammitində İttifaqın Qərbi Balkan ölkələrində genişlənmə siyasəti müzakirə olunub.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, görüş Poznan şəhərində keçirilib.

Sammitin sonunda çıxış edən Almaniya Baş naziri Angela Merkel  Fransa Prezidenti Emmanuel Makronun “Aİ-nın üzvliyə namizəd dövlətlərin İttifaqa qoşulmadan əvvəl öz problemlərini həll etməlidirlər” fikri ilə razılaşmadığını bildirib:

 “Aİ-nin iş mexanizmlərini inkişaf etdirməsinin lazım olduğunu ifadə edən Sədr Macronun bu fikrini bölüşürəm, ancaq hesab edirəm ki, bu, üzvlük danışıqlarının tərk edilməsi anlamına gəlməməlidir”.

 Sammitə ev sahibliyi edən Polşa Prezidenti Anjey Tuta, Albaniya və Şimali Makedoniya ilə üzvlük müzakirələrini gecikdirdiyi və bu səbəbdən də digər Aİ ölkələrinə reaksiya göstərib.

Qeyd edək ki, Aİ bu iki ölkəylə üzvlük danışıqlarına başlamaq üçün verdiyi sözü hələ də yerinə yetirməyib. Aİ Xarici İşlər nazirləri səviyyəsində ötən ay keçirilən iclasda xüsusilə Şimali Avropa ölkələrinin etirazlarına görə bu barədə fikir birliyinə varılmamış, danışıqların başlanğıc tarixi növbəti payıza təxirə salınmışdı.

Avropa Komissiyasının Genişlənmədən Məsul Üzvü Yohannes Hahn isə Reutersa verdiyi açıqlamada Balkan ölkələri ilə üzvlük danışıqlarını dayandırmağın doğru qərar olmayacağını deyib: "Tərəfdaş ölkələri kimi, Aİ də öz üzərinə düşəni etmək məcburiyyətindədir. Bu, Aİ-nin etibarının testidir”.

 Hahnın fikrincə, bu cür tərəddüdlü davranışlar Aİ-nın regiondakı rəqibləri Rusiya, Türkiyə və Çin kimi dövlətlərin xeyrinə nəticələnə bilər: “Biz ümumi maraqlarımızın əleyhinə istifadə edilməyəcəyi aşkar olan hər hansı boşluq yaratmamalıyıq".




Ana səhifəyə qayıt        Baxış: 449          Tarix: 8-07-2019, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma