Xəbər lenti
17-08-2019, 16:20

  

Ovqat.com-dan: Azərbaycan hamımızın ortaq evimizdir. Təbii ki, ortaq evimizdə baş verən bütün hadisələr, aparılan siyasətlər hər birimizi ilgiləndirir və istər-istəməz daha yaxşı idarə olunmaq arzusu meydana gətirir. Bəzən hadisələrə fərqli yanaşmalarımız ciddi mübahisələrə, diskusiyalara yol açsa da, bütün bunlar ortaq əndişələrimizdən qaynaqlanır. Hansı tərəfdə dayanmağımızdan asılı olmayaraq, ortaq əndişələrimiz həm də bizi birləşdirən, eyni ailənin üzvü edən ali dəyərlərimizdir.

Dövri mətbuatda öz maraqlı mülahizələri ilə ölkəmizdə aparılan iqtisadi siyasətlərə işıq tutmağa çalışan iş adamı Mürvət Həsənlinin qələmə aldığımız bir yazıya cavabını bu mənada təsadüfi saymır, xoşməramlı polemikalara başlamaq çağırışı kimi alqılayır və dəvətini qəbul edirik. Bizi “bilmədiyi mövzulara müdaxilə edən şair” kimi görən dostumuzun aqrar sektorda innovativ tədbirlərlə bağlı iddialarına yaxın günlərdə cavab verəcəyik. Hələlik isə onun Musavat.com-da dərc olunan polemikalara çağırış məqaləsini Ovqat.com oxucularına təqdim edir və təkcə iş adamlarının deyil, mübahisələrin əsas hədəfi olan KTN əməkdaşlarının da bu diskusiyaya qoşulmasını arzulayırıq. Ən azı ona görə ki, bu ölkə hamımızındır və icra etdiyimiz vəzifələr bizim üçün təkcə haqsız qazanc mənbəyi deyil, həm də ortaq evimizə xidmət məqsədi daşımalıdır. Ən yaxşı xidmət isə görülən və görüləcək işlərlə əlaqədar polemikalara qoşulub xalqı maarifləndirməkdir. Xüsusilə də aqrar sektorun qaymağını yeyən KTN əməkdaşları üçün.

 

 

   

 

Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən biri də kənd təsərrüfatıdır. Əhalimizin hardasa yarısının kəndlərdə yaşaması, torpaqlarımızın münbitliy, hava şəraiti, iqlim mürəkkəbliyi aqrar sektorun inkişafı üçün geniş fürsətlər yaradır. Cənab Prezidentimiz İlham Əliyevin hakimiyyətə gəldiyi gündən bu sahəyə ciddi diqqət ayırması, xüsusilə 2014-cü ildən sonra həyata keçirilən aqrar islahatlar və fermerlər üçün tətbiq edilən müxtəlif güzəştlər də bu inkişafın əsas stimulverici qüvvələrindən sayılır.

Ötən il keçirilən Prezident seçkilərindən sonra formalaşan hökumət komandasında kadr islahatı aparılan sahələrdən birinin də KTN olması bu mənada təsadüfi deyil. O da təsadüfi deyil ki, yenidən formalaşan hökumət komandasında ölkə iqtisadiyyatımızın ən strateji sahəsi sayılan aqrar sektor Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimova tapşırıldı. Bununla da ölkə başçısı növbəti 7 illik hakimiyyəti dövründə aqrar sektorla bağlı öz strategiyasını ortaya qoydu. Məlum oldu ki, aqrar sektorda aparılacaq innovasiya tədbirlərini öz iqtisadi prioritetlərindən biri hesab edən İlham Əliyev bu istiqamətdə gərəkli addımlar atır.

İnam Kərimovun 1 il 3 aylıq fəaliyyətinə nəzər salanda, həqiqətən də, Prezidentin etimadını doğrultmağa çalışdığını, kənd təsərrüfatı sahəsinin yeniləşdirilməsi üçün mühüm addımlar atdığını görə bilərik. Ötən həftə Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə yeni nazirin dilə gətirdiyi hesabat xarakterli çıxışında da bu məqam aydın sezilirdi.

İnam Kərimov nitqində “innovasiya” sözünü açıq şəkildə səsləndirməsə də, görülən işlər barədə sadaladığı faktlar innovativ tədbirlər barəsində idi. Nazirin bildirdiyinə görə, “görülmüş sistemli tədbirlər öz müsbət nəticəsini vermiş, bütün sahələrdə, o cümlədən bitkiçilik və heyvandarlıq sektorunda artım müşahidə edilmişdir”. Fikrimizcə, cənab nazir “görülmüş sistemli tədbirlər” deyərkən innovativ yeniliklərin aqrar sektora tətbiqini nəzərdə tuturdu. Onun olduqca yığcam çıxışında üzərində dayandığı faktlar da bu iddiamızı təsdiqləyir. Nazir öz komandasının əsas prioritetlərindən biri kimi təqdim etdiyi taxılçılıqda qazanılan uğurların sirrini bu cür əsaslandırdı:

“...Dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib”.

Taxilçılıqdakı biçin sürətini və məhsuldarlığın artmasını müasir avadanlıqlardan düzgün istifadə və kombaynlara GPS sistemlərinin quraşdırılması ilə əlaqələndirən İnam Kərimovun fikirləri bəzi qüvvələr tərəfindən istehza ilə qarşılansa da, fikrimizcə, bu istehzalar, ya innovasiyalara qarşı aparılan səlib yürüşüdür,  ya da, yumşaq desək, məlumatsızlıqdan qaynaqlanır. Aqrar sektordan xəbərsiz bir şair-publisistin qələmə aldığı məqalədə kənd təsərrüfatı sahəsində aparılan innovativ tədbirlər “kombaynlara quraşdırılmış zinqrov” kimi təqdim olunsa da, nazir sırf faktlara söykənirdi. Odur ki, dilə gətirilən faktları heç bir əsas gətirmədən şübhə altına almaq ziyalıya yaraşmaz. “İnam Kərimov Prezidenti necə aldadır? - Parıldadılan üzəngilər, “zinqrovlu” kombaynlar, erməni-budaq cümlələri” sərlövhəli məqalənin müəllifi unutmamalıdır ki, aqrar sektor ədəbi mülahizələr meydanı deyil. Burada işin keyfiyyətini müəyyənləşdirən əsas amillərdən biri də məhsuldarlıqdır. Ötən ilə qədər 29 sen/ha olan məhsuldarlığın 2 sentner artırılması, hardasa, 6-7% böyümə deməkdir. 6-7%-lik böyümə isə ciddi iqtisadi uğurdur.

Öz işiylə məşğul olmayıb bilmədiyi sahələrə müdaxilə edən şair onu da bilməlidir ki, aqrar sektorda innovasiyalar bütün mütərəqqi toplumların tarix boyu atdığı addımlardır. Bəşəriyyət bu tədbirlərin sahəyəsində yığıcılıqdan əkinçiliyə keçmiş, tədricən xışı, kotanı, kombaynı kəşf edərək bu günlərimizə gəlmişdir. Əl əməyindən xışa, kotana, kotandan kombayna keçərkən yaşanan bu müsbət dəyişikliklər öz dövrünün innovativ tədbirləri idi və məhsulun keyfiyyəti ilə yanaşı məhsuldarlığı da artırırdı.

Heç uzağa getməyək, 1970-ci illərdə kombaynı ilk kəşf edən Amerika qısa müddət ərzində taxıl idxalçısından ixracçısına çevrilmişdir. Daha sonra müasir kübrələrin kəşfi və tətbiqi ilə bu artım dəfələrlə artmış, 1980-ci illərin sonunda dünya taxıl ehtiyacının böyük hissəsini istehsal etmişdir. Məhsuldarlığın bu şəkildə artması elə səviyyəyə yüksəlmişdir ki, ABŞ öz ehtiyacından artıq qalan taxılı bioyanacağa çevirməyə başlamışdır.

Eyni sözləri Çin üçün də demək olar. Bir zamanlar dünyanın ən böyük taxıl idxalçısı olan Çin aqrar sektorda apardığı innovativ tədbirlər nəticəsində ötən il istehsalını 5 il əvvəllə müqayisədə 135% artıra bilmişdir. Dünya taxıl istehlakının 16%-nə sahib olan Çin 2018/19-cu il  mövsümündə qlobal taxıl istehsalının 50%-dən çoxuna imza ata bilmişdir; öz ehtiyacından hardasa 3 dəfə çox. Halbuki, ötən mövsüm dünyanın digər taxıl tədarükçüləri üçün heç də ürəkaçan olmamışdır. Bu onu sübut edir ki, ötən ilin hava şərtləri taxılçılıq üçün o qədər də əlverişli olmamışdır. Bütün əlverişsiz şərtlərə rəğmən, Çin əldə etdiyi bu uğurları, əlbəttə ki, taxılçılıqda apardığı innovativ tədbirlərə borcludur.

Qeyd edək ki, Çinin kənd təsərrüfatı sektorunda apardığı innovativ islahatlar dünyanın ən mötəbər qurumları tərəfindən təqdirlə qarşılanmışdır. Ölkənin əkinçilikdə innovativ tədbirlərini gücləndirdiyi 2013-ci ildə Qlobal Qida Siyasətləri İnstitutun (The International Food Policy Research Institute) hazırladığı  illik hesabatına görə, Çin Hindistan və Braziliya ilə bərabər innovativ investisiyalarının 25%-ni aqrar sektora yönəltmişdir. Çinin bu sahəyə ayırdığı kapital müəzzəm ölçüdə idi; hardasa 90 milyard dollar. Ümumdaxili Məhsulunun 0.5%-ə yaxınını yalnız aqro-innovasiyalara ayıran ölkənin həmin illərdə müdafiə büdcəsi 114 milyard dollar idi. Yəni aqro-innovasiyalarından cəmi 21.6% artıq.

Maraqlıdır ki, Çinin 2013-cü il Müdafiə büdcəsində belə, əsas istiqamətlərdən birini innovasiya xərcləri tuturdu. Rəsmi Pekin həmin 114 milyard dolların yönəldiləcəyi əsas sahələri bu cür təsnif edirdi: silah, sursat, təchizat yeniləmələri ilə innovasiya tədbirləri.  Bütün bu rəqəmlər Çinin digər sahələr kimi aqrar sektorun inkişafına da ciddi əhəmiyyət verdiyini göstərir.

Aqro-innovasiya tədbirləri təkcə Çinin də prioriteti deyil. Ümumiyyətlə dünyanın bütün inkişaf etmiş ölkələri bu sahəyə ciddi maliyyələr ayırırlar. Yenə yuxarıda bəhs etdiyimiz hesabata görə, qlobal aqro-innovasiyaların 51%-i yüksək gəlirli ölkələrin payına düşür. Bu sahəyə öz Ümumdaxili Məhsulundan ən çox pay ayıran isə İsraildir. Məlumata görə, Tel-əviv hər il öz ÜDM-nun  4.21%-ni bu sahəyə ayırır. Məhz bunun nəticəsidir ki, ərazisinin böyük qismi sərhalardan ibarət olan İsrail bir çox əkinçilik sahəsində dünyanın ən aparıcı dövlətləri sırasındadır. İsrailin sərhada yetişdirdiyi tropik bitkilər öz dadı və xarici görünüşü ilə göz oxşayır.

Hesab edirəm ki, bizim də İsraildən öyrənəcəyimiz çox şeylər var. Məsələn, bunlardan biri daha az suyla daha çox meyvə istehsalıdır. Həqiqətən də bu ölkə hər damla suyuna belə qənaət edə-edə saldığı plantasiyalarla dünyanın ən böyük aqrar ölkələrindən birinə çevrilib.

Onlardan öyrənəcəyimiz bir başqa dərs isə özünü ziyalı, şair-publisist kimi görən birisinin irəliyə yönəlik addımlara xor baxmaması, bacardığı qədər bu siyasətləri alqışlamasıdır. Mən də şeiri-sənəti bir kənara atıb başı çıxmadığı sahələrdən yazan şair-publisistimizə səslənirəm: İnam Kərimovun bu müsbət addımlarını alqışlaya bilmirsinizsə, heç olmasa mane olmayın. İmkan verin, hər kəs öz bacaracağı işlərlə uğraşsın.

Bir də unutmayın ki, inkişaf etmiş ölkələr bir ilin içərisində indiki vəziyyətə gəlməyiblər. Yuxarıda misal gətirdiyim Çin taxılçılıqda indiki məsafəni qət etmək üçün ən azı 10 il yol keçib. İnam Kərimov isə bir ildən bir az artıqdır ki, nazir postunda əyləşib. İnnovativ tədbirlərin müsbət nəticə verməsi üçün zamana ehtiyac var. Necə deyərlər, cücəni payızda sayarlar. Gəlin, biz də “payızı” gözləyək.

Mürvət Həsənli

ADAM




Ana səhifəyə qayıt        Baxış: 196          Tarix: 5-08-2019, 22:38      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent