Xəbər lenti

 

Dünya neft bazarında yenidən ciddi ucuzlaşma başlayıb.

Ovqat.com xəbər verir ki, Brent markalı neft bu gün 3.7% ucuzlaşaraq 59.67 dollara qədər düşüb.

WTI markalı neft isə 54.84 dollardan satılır.

Qeyd edək ki, Azərbaycan büdcəsində neftin baza qiyməti 60 dollardan götürülüb. Bu səbəbdən də bir çox yerli ekspertlər 60 $/bar neft qiymətlərində kritik hədd olaraq qəbul edirlər.

Ölkə ixracatının 85%-ni neft satışları təşkil etdiyini nəzərə alsaq, bu ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına təsiri qaçılmazdır.




Ana səhifəyə qayıt        Baxış: 643          Tarix: 6-08-2019, 01:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma