Xəbər lenti
17-08-2019, 16:20

  

Rusiya ilə dəniz döyüşləri başlasa, ABŞ donanması ilk saatlardaca məhv ediləcək.

Bu iddia ilə ABŞ-ın “Nəşnl İnterest” dərgisi çıxış edib.

Nəşr ABŞ-a Rusiya sərhədinə yaxın yerdə keçirilən hərbi təlimlə bağlı xəbərdarlıq edib.

“Azov dənizində və Qara dənizdə İkinci Dünya müharibəsindən qalmış 18 min mina var. Əgər təsadüf nəticəsində NATO gəmiləri bu minalardan birinə toxunsa, Rusiya ilə dəniz döyüşləri başlayacaq və bu, NATO qüvvələrinin məğlubiyyəti ilə başa çatacaq”, - yazıda bildirilib. (Axar.az)

***

Ovqat.com xatırladır ki, Azov və Qara dəniz dənizdəki  istehkamların qurulmasına Rusiya II Dünya müharibəsindən əvvəl başlamışdı. Amma bu keçilməz istehkamlar Hitler Almaniyasının hücumuna tab gətirməmiş, 1942-ci ildə düşmənin əlinə keçməsin deyə bir qısmi içərisindəki əsgərlərlə bərabər partladılmışdı. Faşist ordularının istehkamların ən mühüm qalası sayılan Stavropolu belə alması və Şimali Qafqaz dağlarına qədər irəliləməsi Kremlin Qara dəniz müdafiəsinə bağladığı ümidlərin o qədər də real olmadığını ortaya çıxardı.

İkinci Dünya müharibəsindən sonra bu istehkamlar yenidən quruldu və möhkəmləndirildi. Qara dəniz ətrafında böyük yeraltı şəhərlər salındı. Bu yeraltı şəhərlərdə bir neçə mərtəbəlik binlar tikildi, silah fabrikləri quruldu, inşa olunan nəhəng bunkerlərə onminlərlə əsgərdən ibarət ordu birlikləri yerləşdirildi. Yüzminlərlə insanı 30 gün barındıracaq imkanlara sahib olan bu sığınacaqlarda  Qara dənizdə döyüşəcək sualtı qayıqlar da saxlanılırdı. Hətta nüvə başlıqlı raketlərlə təchiz edilən bu istehkamlar 1995-ci ilə qədər öz fəaliyyətini davam etdirdi. SSRİ-nin dağılmasından sonra tərk edilən həmin istehkamlar indi turistlərin belə rahatlıqla gəzə bildikləri tarixi eksponatlara çevrilib.

Bununla belə, Qara dənizi qoruyan rus hərbi gücünün yox olmadığı və sadəcə yer dəyişdirdiyi də bəllidir. Görünür, daha təhlükəsiz və gizli yerlərə köçürülən bu silah və sursatlar həqiqətən də hücuma keçən NATO qüvvələrinin əsl baş ağrısına çevrilə bilər.

SSRİ dövründə Qara dəniz ətrafında yaradılan istehkamlardan bəhs edən Amerika çəkimli sənədli filmi Ovqat.com oxucularına təqdim edirik.




Ana səhifəyə qayıt        Baxış: 326          Tarix: 12-08-2019, 19:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent