Xəbər lenti

  

Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Ovqat.com xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, ilkin dindirilmə nəticəsində düşmən hərbiçisinin fərarilik etməsinin səbəbinin xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, əsgərlərə qarşı edilən dözülməz və qeyri-insani münasibətlər olduğu müəyyənləşdirilib.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.
Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.




Ana səhifəyə qayıt        Baxış: 418          Tarix: 12-08-2019, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma