Xəbər lenti

  

Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan - Azərbaycan konflikti getdikcə gərginləşir. Ermənistan Baş nazirinin milli qürurumuza toxunan çıxışları hər an yeni müharibənin fitilini yandıra bilər. Sözsüz ki, belə kritik vəziyyətdə keçmiş döyüşçülərin məsləhətinə, yol göstərməsinə ciddi ehtiyac var. Üstəlik, onların qayğısına qalınması Azərbaycan əsgərlərini döyüşə səsləyən təşviqedici amil kimi də dəyərlidir.

Bəs, keçmiş qəhrəmanlarımızın qayğısına qalırıqmı? Onlar bu gün haralardadırlar, nə işlə məşğul olurlar?

I Qarabağ müharibəsinin ən tanınmış simalarından biri də Bozqurd batalyonunun komandiri Etibar Əmiraslanovdur. 1979-81-ci illərdə Əfqanıstanda döyüş təcrübəsi qazanan Etibar bəy üzərindən bir neçə il keçəndən sonra başlayan erməni təcavüzünə qarşı mübarizədə qəhrəmanlığı ilə seçilən komandirlərdən olub. Di gəl ki, göstərdiyi bu igidliklər hər hansı dövlət mükafatı ilə təltif olunmayıb. Sovet ordusunda məşhur olan “təmiz paqon, təmiz vicdan” aforizmi Etibar kimi qədri bilinməyənlərin timsalında “təmiz ad, təmiz vicdan” şüarına çevrilib.

Bu da azmış kimi, Etibar Əmiraslanov hazırda taksiçiliklə gündəlik azuqəsini qazanır. Özünün etirafına görə, yaşadığı Tovuz rayonunda onun qayğısı ilə maraqlanan Allah bəndəsi də yoxdur. İcra hakimiyyətinə etdiyi şikayətlərə əhəmiyyət verilmədiyi kimi, Tovuz zənginləri də fahişələrə xərclədiklərini bu igid həmyerlilərinə çox görürlər.

Şərhimizi çox uzatmadan sözü Etibar Əmiraslanova vermək istəyirik. Adsız qəhrəmanın video-müraciət şəkilində hazırladığı gileyini Ovqat.com oxucularına tədqim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 976          Tarix: 14-08-2019, 09:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma