Xəbər lenti

 

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq istəyən Türkiyəyə xəbərdarlıq edib.

Teleqeraf.com xəbər verir ki, XİN-in mətbuat katibi Mariya Zaxarovanın yaydığı açıqlamada bu bölgənin Suriyadan qoparılması cəhdlərinin yolverilməz olduğunu bildirilib.

Zaxarova Türkiyənin Suriyanın şimalında təhlükəsizlik zolağı qurmaq barədə planı haqda bunları deyib: “Suriyanın bu bölgəsinin heç bir əsasla qoparılmayacağını və bunun qəbuledilməz olduğunu düşünürük.

Terrorizmlə mübarizə aparmaq üçün rəsmi Dəməşqdən icazə almaq lazımdır. Burada bir suveren ölkədən söhbət gedirsə, icazə almaq ilk və mütləq şərtdir. Bu, Rusiyanın dəyişməz şərtidir və bölgədə hərbi əməliyyatlar keçirmək istəyən Türkiyə üçün də keçərlidir. Şübhəsiz ki, bu və digər məsələlərə görə türk həmkarlarımızla məsləhətləşmələr aparırıq”.

Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YPG terror təşkilatının silahlılarının ölkə sərhədlərindən uzaqlaşdırmaq üçün türk ordusunun Suriyanın şimalında hərbi əməliyyata başlayacağını açıqlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 132          Tarix: 17-08-2019, 16:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent