Xəbər lenti

 

"Azərenerji" ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus "Azenco" ASC çətin günlərini yaşayır. Belə ki, şirkət əvvəlki kimi iri layihələrin icrasından məhrumdur. Buna səbəb isə Pirverdiyevin "işıq şefi" postunu itirməsidir. 
Qeyd edək ki, "Azenco" uzun müddət enerji sektorundakı iri layihələri həyata keçirib, bu layihələrin baş podratçısı və subpodratçısı olub. 
Şirkət 1939-cu ildə yaradılan Azərbaycanda istilik elektik stansiyalarının layihələndirilməsi, tikintisi və təmiri üzrə "Mərkəzi İstehsal Təmir" müəssisəsinin 2000-ci ildə özəlləşdirilərməsi nəticəsində "Azenko" (Azerbaijan Energy Construction) ASC-yə çevrilib. 
Bu həmin vaxt idi ki, Etibar Pirverdiyev «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri postuna təyin edilmişdi. Bundan cəmi bir il sonra Pirverdiyev "Azüərenerji"nin rəhbəri postuna irəli çəkildi, elə həmin vaxtdan da "Azenco" sürətlə böyüməyə başladı və enerji sektorundakı layihələrin həyata keçirilməsində faktiki olaraq inhisarçı şirkətə çevrildi. Bu şirkət su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirir, bundan başqa, elektrik stansiyaları,yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edirdi.
Pirverdiyevin "vurulmasınadək" elektroenergetika sənayesinin bütün layihələrində iştirak edən "Azenco" kəmçinin "Dövlət Bayrağı Meydanı" və "Bakı Kristal Hall" layihələrinin tikintisini həyata keçirib. Sonradan "Dövlət Bayrağı Meydanı"nda meydana çıxan problemlər tikintinin keyfiyyətli aparıldığına, ayrılan külli miqdarda vəsaitin əhəmiyyətli hissəsinin korrupsiya predmetinə çevrildiyinə dair ciddi şübhələr yaradıb. 
2018-ci ilin sentyabrında E.Pirverdiyev "Azərenerji" postunu itirdikdən bir müddət sonra "Azenco"ya yeni layihələrin verilməsi dayanıb. Bu isə şirkətin fəaliyyətinin kəskin zəıifləməsinə səbəb olub. Yada məşhur atalar sözü düşür: "Bağda ərik var idi, salaməleyk var idi, bağda ərik qurtardı". Yəni nə qədər ki, Pirverdiyev "işıq şefi" idi, "Azenco"nun layihələri də başından aşırdı, o, vəzifəsiz qaldıqdan sonra həmin layihələr artıq "yağlı əppək olub göyə çəkilib". 
Nəticədə son aylarda isə şirkətdə hətta maaşların verilməsində gecikmələr yarandığı və 5 min nəfərdən çox işçinin bir qisminin ixtisara düşdüyü deyilir. 
Bu cür davam edərsə, adıçəkilən enerji tikinti şirkətinin "əl dəyişdirməsi" də istisna olunmur. (qaynarinfo.az)




Ana səhifəyə qayıt        Baxış: 116          Tarix: 17-08-2019, 20:29      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent