Xəbər lenti

 
“ABŞ açıq şəkildə hərbi gərginliyi artıran addım atıb. Bu təxribatlara təslim olmayacağıq”.
Ovqat.com xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib.
ABŞ-ın Ortamənzilli Nüvə Silahları Sazişindən (INF) çıxdıqdan dərhal sonra 500 kilometrdən uzun mənzilli raket sınağı keçirməsini qınayan S.Ryabkovun fikrincə, bu fakt Vaşinqtonun imzaladığı sazişə ümumiyyətlə əməl etmədiyini göstərir:
“Sözügedən sınağın keçirilməsi ABŞ-ın uzun zamandan bəridir bu cür raketləri hazırladığı və inkişaf etdirdiyini sübuta yetirir. Belə çıxır ki, ABŞ bu cür silahları qadağan edən sazişdən çəkilmək üçün də çoxdan hazırlaşırmış”.
Qeyd edək ki, ABŞ ordusu Rusiyanın etirazına səbəb olan mənzili 500 km-dən uzun olan ballistik raketini 18 avqustda Koliforniyadakı San-Nikolas adasında sınaqdan keçirmişdi. Bu isə 1987-ci ildə ABŞ Prezidenti Ronald Reyqanla SSRİ lideri Mixail Qorbaçov arasında bağlanmış Ortamənzilli Nüvə Silahları sazişində qadağan olunub. ABŞ isə bu ayın 2-də həmin sazişdən geri çəkilmişdi.

NURANƏ




Ana səhifəyə qayıt        Baxış: 262          Tarix: 20-08-2019, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma