Xəbər lenti

 

Hakimiyyəti sərt tənqid edən bloqer Elvin İsayev Azərbaycana təhvil verilə bilər.

Moskvada yaşayan həmyerlilərimizin Ovqat.com-a verdiyi məlumata görə, onu pasportundakı saxtakarlıqda ittiham edərək saxlayıblar.

Bildirildiyinə görə, Elvin İsayevin Rusiya vətəndaşlığı artıq ləğv edilib. Onun bu gün məhkəməsinin keçirilib Rusiyadan deportasiya edilməsi gözlənilir.

Yaxınları Elvin İsayevin  1998-ci ildən Rusiyada yaşadığını və heç vaxt Azərbaycan vətəndaşı olmadığını bildirirlər. Məhz buna görə də Elvinin Azərbaycana deportasiya edilməsinə qarşı çıxan yaxınları bununla bağlı etiraz aksiyası keçirməyə hazırlaşırlar.

Qeyd edək ki, Elvin İsayev Masallı rayonunda anadan olub və son zamanlar hakimiyyətə qarşı sərt təbliğatı ilə gündəmə gəlib. O, bəzən çıxışlarında tənqid həddini keçərək, təhqirlərə də yol verirdi. Bəzi müşahidəçilər Elvinin Azərbaycan Baş Prokurorluğunun istəyi əsasında həbs olunduğunu bildirsələr də, iddia indiyədək rəsmən təsdiqlənməyib.




Ana səhifəyə qayıt        Baxış: 152          Tarix: 26-08-2019, 12:45      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent