Xəbər lenti

 

“Azərbaycanda olmuşam. Azərbaycanı və azərbaycanlı dostlarımızı çox sevirəm. Artıq İstanbul Böyükşəhər Bələdiyyə sədriyəm. Sizin vasitənizlə xəbər vermək istərdim, xaricə ilk səfərlərimdən biri də Azərbaycana, Bakıya olacaq. Gələcəyəm, qucaqlaşacağıq, söhbət edəcəyik. İnanın, böyük bir həyəcanla o günü gözləyirəm, yəqin, təsəvvür edə bilirsiniz, burada işlərimiz çox gərgindir, gediləcək çox uzun yolumuz var. Ən qısa vaxtda işlərimizi yoluna qoyub Bakıda olacağam, indidən xəbər verim”.

Ovqat.com xəbər verir ki, bu sözləri Teleqraf.az saytına müsahibəsində İstanbul Böyük Şəhər bələdiyyəsənin başkanı Əkrəmm İmamoğlu bildirib: “Azərbaycanlı qardaşlarımız, dostlarımla həmişə görüşürük, əlaqə saxlayırıq, onlara qapımız hər zaman açıqdır. Mən aramızda məsafə görmürəm. Bu gözəl şəhər bütün azərbaycanlı qardaşlarımız üçün hər şey etməyə hazırdır. Tələbələriniz bizim övladlarımızdır, bir problemləri olarsa, Əkrəm İmamoğlu buradadır, bilsinlər. Onsuz da biz də onlarla lazımi təmaslar qururuq, narahat olmayın. Bu səbəbdən analarına, atalarına “Övladlarımız bizə əmanətdir, onların təhsilini başa çatdırıb ölkələrinə faydalı, sizlərə xeyirli övladlar olmaları üçün əlimizdən nə gəlirsə edəcəyik, heç şübhəniz olmasın” deyə çağırış etmək istəyirəm”.

E.İmamoğlunun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılmasına münasibəti belə olub: “Üzvü olduğum Cümhuriyyət Xalq Partiyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə zidd hesab edir. Bu siyasət ilk gündən bəri dəyişməyib. Partiyam Azərbaycan siyasətini dəstəkləyir. Türkiyənin bütün beynəlxalq forumlarda Azərbaycana verdiyi dəstəyi partiyamız eynilə müdafiə etməkdədir. Ümid edirəm ki, bu haqsızlığa ən qısa zamanda son qoyular və Azərbaycan ona edilən haqsızlığı aradan qaldıraraq öz yolunu daha güclü şəkildə davam etdirər. Buna heç şübhəm yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 466          Tarix: 4-09-2019, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma