Xəbər lenti
21-09-2019, 20:33

 

“Təhqir və söyüşü televiziya ekranlarına gətirən, müxalifət liderlərini alçaldan adamların başında elə Mirşahin Ağayev durur. Onun çörəyi, söyüşdən, başqalarını alçaltmaq, təhqir etməkdən çıxır”.
sfera.az-a açıqlamasında bu sözləri dünən baş tutan iqtidar-müxalifət dialoqunda “Real TV”- nin rəhbəri Mirşahin Ağayevlə aralarında yaşanan qalmaqala münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:

“Mirşahinlə heç tərəf müqabili olmaq fikrim də yoxdur. Onun kim olduğunu, nə işlərlə məşğul olduğunu hamı bilir. Sadəcə o, Cəlal Əliyevin adını çəkdiyindən, xaricdə söyüş söyən adamlarla onu bir cərgəyə qoyduğundan bildirdim ki, bu adamları Cəlal Əliyevlə eyniləşdirmək düzgün deyil. O akademik olmaqla yanaşı, Azərbaycan tarixində mühüm rolu olub. Heydər Əliyevin qardaşıdır, İlham Əliyevin isə əmisi. Gətirib onu küçə söyüşü söyən adamlarla tay-tuş etmək düzgün deyil. Mirşahin də bu fikirlərimə görə öz aləmində narazı qaldı. Əslində burada məsələyə Əli Əhmədov müdaxilə etməli idi. Xarici dövlətlərin Azərbaycana müdaxiləsi mövzusu ətrafında keçirilən tədbirdə Mürşahin çıxışı ilə fürsətdən istifadə edib iqtidara mesaj verir ki, özünün müxalifətlə alternativ olmasına imkan versinlər. Unudur ki, burada söhbət iqtidar-müxalifətdən deyil, xarici dövlətlərin Azərbaycana müdaxiləsindən gedir”.

S. Cəlaloğlu bildirdi ki, Mirşahin kimilərin çörəyi müxalifəti söymək, təhqir etməkdən çıxır: “Elə insanlar var ki, onların çörəyi müxalifəti söymək, alçaltmaqdan çıxır. Bu kimi hərəkətlərdən ən çox pul qazananlardan biri də məhz Mirşahin Ağayevdir. İndi də bu şəxsin bütün şərhləri təhqir, alçaltma üzərində qurulub. Bu Mirşahinin biznesidir. Azərbaycanda mənfi steoreotipləri yaradanlar indi gəlib guya problemin həll yollarından danışırlar. Guya Mirşahin öz aləmində əxlaq mücəmməsi olub, insanlara əxlaqdan dərs demək istəyir”.




Ana səhifəyə qayıt        Baxış: 217          Tarix: 12-09-2019, 15:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent