Xəbər lenti

 

 “Bəzi informasiya portallarının Tovuz rayonunda qətlə yetirilən Firudin Ələkbərli barədə yazdıqları qətiyyən doğru deyil”.

Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri İlyas İsmayılov belə deyib.

Azərbaycan Respublikasının ilk Ədliyyə naziri olan və 1992-1995-ci illərdə bu vəzifəni icra edən İlyas İsmayılov Firudin Ələkbərlinin niyə Tovuz rayon Məhkəməsinin sədri vəzifəsindən uzaqlaşdırılmasına da aydınlıq gətirib:

“O, həmin vəzifəyə mənim təşəbbüsümlə təyin edilmişdi. Mən istefa verəndən sonra yerimə təyin olunan Südabə Həsənova sırf şəxsi qərəzlik zəminində Firudin bəyi  işdən çıxartdı. Əsas məqsəd isə məhkəmə orqanlarını mənim kadrlarımdan təmizləmək idi. Başqa sözlə desək, Firudin Ələkbərlinin bir səhvi vardı - mənim kadrım olmağı”.

Firudin Ələkbərlinin çox savadlı və ədalətli kadr olduğunu deyən İlyas İsmayılov onun heç bir zaman kimisə şantaj edəcək əxlaqda olmadığını, nahaqqı haqqa satmadığını, həmişə xalqı, milləti düşündüyünü bildirdi: “Ölkənin iri məmurlara bağlı mətbu orqanlarında Firudin Ələkbərlinin neqativ profilini yaratmaq cəhdlərini görür və buna hiddətlənirəm. Azərbaycan xalqının mentalitetində ölünün nüfuzu ilə oynamaq adət-ənənəsi olmayıb. Milli mentalitetimizə zorla bu mənfi xarakterləri sırıyanlar unutmasınlar ki, ölüm hər kəsin alnına yazılıb və heç bir ölü danışa bilmir. Yalan ittihamlar ölülərin ruhlarını və yaxınlarını narahat edir”.




Ana səhifəyə qayıt        Baxış: 1 193          Tarix: 13-09-2019, 17:03      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent