Xəbər lenti

 

Məhərrəmlik ayının 15-dir. Yəni İran İslam Cümhuriyyətinin hər il rəsmi şəkildə yas elan etdiyi ayın tam ortalarındayıq. Kərbəlada İmam Hüseyn qətliamının 1339-ci ildönümündən – Aşuradan cəmi 5 gün keçib. Ənənəvi şiə inanışına görə, gələn ayın 10-na qədər möminlər hətta saçlarını qırxdırmamalı, toy ziyafətləri keçirməməli, bəzənib-düzənməməlidir.

İranın “darül-küfr” və ya “darül-hərb” olaraq görüb aşağıladığı Azərbaycanda hələ də bu adət-ənənələrin bəziləri davam edir. Ən azı, toylarımızı bir ay təxirə salırıq. Dünyaya guya islam dəyərlərini yayan İranda isə toy-bayramdır. Tehran səmasını bəzəyən fişənglər nə məqsədlə atılsa yaxşıdır? – 51-ci Erməni Olimpiadasının açılışı münasibətilə.

Mənbə: https://www.presstv.com/Detail/2019/09/14/606152/51st-Armenian-Olympics-kicks-off-Tehran

 

Bəli, düz tapdınız. Ənənəvi Erməni Olimpiadasının builki açılışı da xüsusi  təmtəraqla keçirilib. 10 gün davam edəcək yarışlarda erməni idmançılar futbol, basketbol, atletizm, sahmat və üzgüçülük kimi 9 sahədə öz güclərini sınayacaqlar. Olimpiadaya İran və dünyanın müxtəlif ölkələrindən yüzlərlə idmançı qatılıb. Tədbirin iştirakçıları bu yarışların ermənilərin idman bacarıqlarını inkişaf etdirmək kimi məsum bir gərəkçəylə keçirildiyini deyirlər. Həm də o ölkədəki, bir neçə gün əvvəl futbol seyr etmək istəyən bir qız məhkəməyə verilmiş və basqılara tab gətirməyərək intihar etmişdi. Şəkillərə nəzər salanda erməni olimpiadasına qatılanlar arasında qızların da yer aldığı aydın olur. Belə çıxır ki, İran adlı məmləkətdə erməni qızlar hətta yarışa qatıla bilərlər. Zavallı müsəlman qızların isə yarışları seyr etmək hüququ belə yoxdur.

 

İran rəsmiləri olimpiadanın keçirilməsində heç bir rolları olmadığını və yarışın bu ölkədəki məşhur “Ararat” klubu tərəfindən düzənləndiyini iddia edirlər. Bu həmin “Ararat” klubudur ki, bu ilin əvvəllərində İrana səfər edən Ermənistan baş naziri Nikol Paşinyanı ağırlamış və görüşün keçirildiyi qapalı stadionun divarına qondarma Dağlı Qarabağ “respublikasının” bayrağını asmışdı. Həmin bayrağın üzərində isə ermənicə “Qarabağ Ermənistanındır və son” yazılmışdı. Üzərindən bir neçə ay keçəndən sonra Paşinyan Dağlıq Qarabağa etdiyi səfərdə bu şüarı təxminən eyni şəkildə təkrarlayacaq və faktiki olaraq Azərbaycana qarşı müharibə elan edəcəkdi. Elə bu faktın özü Paşinyanın məlum həyasızlığının ilhamverici güclərindən birinin də İran olması barədə şübhələri ağla gətirir.

 

Qeyd edək ki, “Ararat” klubu Türkiyədə 1915-ci ildə yaşamış məşhur gərginlik zamanı İrana sığınan ermənilər tərəfindən qurulub. Hazırda İranda cəmi 70 min nəfərə yaxın erməni yaşayır ki, onların da böyük əksəriyyətini Türkiyənin mühacir erməniləri təşkil edirlər. İranın öz erməniləri isə 19-cu əsrin əvvəllərində Rusiya və Qaçar dövləti arasında baş vermiş müharibədən sonra köçürülərək işğal olunmuş Qarabağ və İrəvan xanlığı ərazisində yerləşdirilmişdi. Rusiya ilə Qacar dövləti arasında 1828-ci il fevralın 10-da bağlanmış "Türkmənçay müqaviləsi"nə əsasən, reallaşdırılan bu köç nəticəsində indiki İranda barmaqla sayılacaq qədər erməni qalmamışdı. Müqavilənin XV maddəsi də bunu təsdiqləyir: "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir".

   

Məlumata görə, müqavilənin bu tələbini yerinə yetirmək məqsədilə İrəvan və Naxçıvanda köç komitələri yaradılmış və köçkünlərə mühüm imtiyazlar verilmişdi: 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edilmək, İrandan alınan təzminat hesabına onlara vəsait verilməsi və s.

Rəsmi sənədlər sübut edir ki, İrandan o zaman köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1915-ci ildə Türkiyədə baş verən gərginlik zamanı İrana sığınan ermənilərin də sayı təxminən o civarda idi. Başqa sözlə desək, bu gün də ürəyi Ermənistanla döyünən və hətta onların idman qabiliyyətlərini artırmaq qayğısına qalan İran öz ermənilərini Türkiyə köçkünləri sayəsində bərpa etdi. Tarixi Azərbaycan torpaqlarının erməniləşdirilməsi isə bununla bitmədi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də bizim dəd-baba yurdlarımıza 90 min erməni köçürüldü və Azərbaycan xalqının gələcək faciələrinin əsası qoyuldu.  

 

O zamankı məğlubiyyətinin bədəlini bizə ödətdirən İran 1915-ci ildə Osmanlı ərazisində yaşanan münaqişədən qaçan ermənilərə sinə açması isə təsadüfi deyildi. 1964-cü ildən bəri “Ararat” klubu adıyla hər il erməni olimpiadaları keçirən İran belə görünür ki, indi də bu kartdan bizə və Türkiyəyə qarşı istifadə edir. Belə ki, “Ararat” sözü ermənilər üçün təkcə Ağrı dağının adı deyil, həm də siyasi simvolikadır və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə turur.

İran rəsmilərinin bu olimpiadanın təşkilində yer almadıqlarını söyləməsi də inandırıcı deyil. Çünki keçirilən bütün olimpiadaların açılışında İran yetkililəri də iştirak edir və yarışlara xeyir-dua verirlər. Bu ilki yarışlarda İran rəsmilərinin hansı səviyyədə iştirakı barədə heç bir məlumat verilməsə də, şəkillərdə dövlət yetkililərinin çıxış etdikləri aydın görünür. Ötən yarışlarda isə İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi və İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisinin tədbir iştirakçıları arasında olması diqqətdən yayınmamışdı. Yəqin ki, bugünkü açılış mərasimində Tehran stadionunda erməni idmançılarına xeyir-dua verənlər də eyni adamlardır. 51-ci Erməni Olimpiadasının açılışının İranın rəsmi informasiya kanalı İRNA tərəfindən yayınlanması da molla rejiminin arqumentlərini alt-üst edir. (Bax: https://en.irna.ir/photo/83474536/51st-Armenian-Olympics-kicks-off-in-Tehran

 

Yarışlarda diqqəti cəlb edən ən vacib məqamlardan biri də 2016-cı ildən olimpiadaya rəsmən qatılan arasında Dağlıq Qarabağ komandasının da yer almasıdır. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk dövlətlərdən olduğundan Erməni Olimpiadasında nəzərə çarpan bu məqam rəsmi Tehranın səmimiyyətinə kölgə salır. Azərbaycanın rəsmi dairələri, xüsusilə Xarici İşlər Nazirliyi iranlı həmkarlarını məsələyə aydınlıq gətirməyə səsləməli və gərəkli addımlar atmalıdır.

İddialarımızın əyani dəlili kimi İRNA-da dərc olunan fotoları təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 1 442          Tarix: 15-09-2019, 02:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent