Xəbər lenti

 

Bu gün Türkiyənin ünlü qəzetlərindən “Yeni Akit”  baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2 il əvvəl törətdiyi avtoqəzanı gündəmə gətirib.

Ovqat.com xəbər verir ki, qəzetin əməkdaşına dərdlərini anladan qəza məğduru Muttalip Tekiş Baş nazirin sabiq müavini tərəfindən aldadıldığını, bu da azmış kimi iflasa uğradıldığını deyib.

Azərbaycan ictimaiyyəti üçün xeyli maraqlı olacağını nəzərə alıb xəbərin öz ləhçəmizə çevirisini təqdim edirik:

 

“Azərbaycanda 2 il əvvəl həyat yoldaşı ilə birlikdə keçirdiyi qəza sonrası verilən sözlərin tutulmadığını qeyd edən inşaat mühəndisi Muttalip Tekiş deyib: "Afrikada milyon dollarlıq investisiyalarıma əl qoyulub. Mallarım gömrükdə qalmış vəziyyətdə. Türkiyəyə olan borcumu verə bilmirəm. Allaha şükür, həyatdayıq, amma həyat yoldaşım yeriyə bilmir”.

 

 Azərbaycanda 2 il əvvəl həyat yoldaşı ilə birlikdə səki ilə yeriyərkən 240 km/s sürətlə hərəkət edən lüks avtomobilin altında qalan və qəzadan 3 ay sonra gözlərini açmağı bacaran iş adamı Muttalip Tekişin əzablı həyatı ürəkləri dağlayır. Dövrün Baş nazirinin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin istifadə etdiyi avtomobilin çarpdığı və 2 adamın həyatını itirdiyi qəzadan ağır yaralı olaraq qurtulan Muttalip Tekiş 37 faiz, həyat yoldaşı Songül Tekiş isə 80 faiz əlil qalıb. 3 uşaq anası Songül Tekiş qorxunc qəza sonrası yeriyə bilməyəcək vəziyyətə düşüb, onun həyat yoldaşı Muttalif Tekişin illərlə çalışıb yığdığı vəsaiti yatırdığı onlarla konteyneri maliyyə limanlarında girov qalıb.

  

 Qəzetimiz “Akit”ə danışan inşaat mühəndisi Muttalip Tekiş bunun səbəbini belə izah edir: "Həsənov bizi arayaraq şikayətçi olmayacağımız təqdirdə müalicə xərclərini üzərlərinə götürəcəklərini dedi. Ancaq sözlərinə əməl etmədi”.

Azərbaycan Prezidenti İlham Əliyevin onlara yardımçı olacağına inandığını, ancaq görüş tələblərinin ona çatdırılmadığını irəli sürən qəza əlili Tekiş Türkiyə və Azərbaycan liderlərindən kömək istəyib:

 

 "Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın yaşadığımız bu ədalətsizliyə biganə qalmayacağını düşünürəm. Prezident İlham Əliyevə dəfələrlə məktub göndərməyimə baxmayaraq, məktublarımın ünvana çatmasının qarşısı alınır. Bir neçə dəfə görüş tələb etdim, amma məni heç cür görüşdürmədilər. Ədalətsizliyin palazaltı edilməməsini istəyirəm".

Songül Tekiş isə Əli Həsənovun əməllərini xuliqanlıq adlandırıb: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin bizə sahib çıxmalarını, bu xuliqanlığa biganə qalmamalarını istəyirəm".

Müəllif: “Yeni Akit” qəzetinin müxbiri Muhammed Uzun




Ana səhifəyə qayıt        Baxış: 728          Tarix: 16-09-2019, 19:26      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent