Xəbər lenti

  

"Adın nədir? - Daşdəmir, yumşalısan, yumşalı".
Atalar sözü

Bu gün Türkiyənin “Rəsmi Qəzet”ində Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə bir sərəncam dərc olunub. Sərəncamda Avropa İttifaqı (Aİ) viza sərbəstliyi önündəki əngəllərin qaldırılması üçün işlərin sürətləndiriləcəyi və nəticə alana qədər davam etdiriləcəyi vurğulanıb.

Ovqat.com xəbər verir ki, sərəncamın Türkiyə Parlamentinin payız sessiyasının açılması ərəfəsində imzalanması diqqət çəkib.

Zira payız sessisyasında məhkəmə islahatları ilə qanunların hazırlanması nəzərdə tutulur. AŞPA rəsmiləri isə islahatla birlikdə ifadə azadlığının önündəki maneələrin aradan qaldırılacağını açıqlaşmışdılar.

Qeyd edək ki, Aİ-dən  Türkiyəyə yönəldilən ən böyük tənqidlərdən biri "Prezidentinə təhqir" ittihamı ilə minlərlə insanın cəzalanmasıdır. Qurum bu məhkəmə proseslərinin ifadə azadlığına zidd olduğu düşünür.

Maraqlıdır ki, Türkiyə məhkəmə islahatlarına hazırlaşarkən, hakim partiya ilə müzalifət arasında dialoq ortamının da yarandığı və getdikcə geniş vüsət aldığı hiss olunur. Prezident Ərdoğanın bələdiyyə başçıları ilə keçirdiyi iclasa CHP-liləri də dəvət etməsi ilə bu dialoqun təməllərinin atıldığı bildirilir. Dialoq ümidlərinin yarandığı bir zamanda Prezidentin vəkili Əhməd Özəl ötən ay İstanbul məhkəməsinə bir ərizə göndərmişdi. Ərizədə Ərdoğanın iyulun 15-dən sonra şikayətçi olduğu məhkəmə davalarından imtina etdiyini qeyd olunurdu.

Bütün bu müsbət addımlardan sonra “Rəsmi Qəzet”də son sərəncamın dərc edilməsi Türkiyədə Avropa İttifaqına doğru kompleks addımların atıldığı və atılacağı qənaəti formalaşır.




Ana səhifəyə qayıt        Baxış: 300          Tarix: 18-09-2019, 16:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent