Xəbər lenti

  

Dünən İranın Bəndərabbas şəhərində faciəli, həm də ölkənin hərbi imicini ləkələyən hadisə baş verib.

Ovqat.com xəbər verir ki, şəhərdə keçirilən hərbi parad zamanı göstərilən nümayişdə paraşüt göydə tərsinə çevrilərək böyük sürətlə yerə çırpılıb. Bu xoşagəlməz hadisənin iştirakçısı olan paraşütçünün sağlamlıq durumu barədə isə hər hansı məlumat verilmir.

Hadisə anı:

Qeyd edək ki, Fars körfəzində yerləşən Bəndərabbas olduqca mühüm strateji əhəmiyyətə sahibdir. İran Dəniz Qüvvələrinin əsas bazası Bəndərabbas limanında yerləşir. Şəhərin coğrafi mövqeyi əsrlər boyu bir çox fatehlərin diqqətini cəlb etmiş, xüsusilə dəniz donanmaları yarandıqdan sonra Bəndərabbası böyük dövlətlərin əsas hədəflərindən birinə çevirmişdir. Zira Fars körfəzinin açıq dənizlərə birləşdiyi Hörmüz boğazı üzərində yerləşən Bəndərabbas coğrafi mövqeyinə görə dünyanın ən starteji əhəmiyyətli tıxanma nöqtəsi sayılır. Bu boğazın ən dar yeri cəmi 54 km-dir ki, Bəndərabbasdaki hərbi dəniz donanması ilə dünya neftinin az qala yarısının çıxarıldığı Fars körfəzini tamamilə nəzarət altına almaq olar. Bəndərabbas həm də Hind okeanından keçən ticarət marşrutuna da nəzarət etmək imkanı verir. Təsadüfi deyil ki, 16-ci əsrin əvvəllərindən başlayaraq portaqaliyalılar, nə az nə çox tam 100 il, bu liman vasitəsilə Hind okeanından keçən gəmilərinin təhlükəsizliyini nəzarət altına saxlaya bilmişlər.

 

İslam mədəniyyətinin hələ güclü olduğu, türklərin dünya gücü olma özəlliyini itirmədiyi 16-cı əsrin əvvəllərində Bəndərabbasın portaqaliyalıların əlinə keçməsinin isə çox düşündürücü tarixi var. Belə ki, 16-cı əsrdə əvvəllərində başlayan və kiçik aralarla 200 il davam edən Səvəfi-Osmanlı müharibələri hər iki tərəfi zəiflətmiş və bundan ən ciddi zərəri görən isə Səvəfilər olmuşdur. Təsadüfi deyil ki, Səvəfilərin ağır məğlubiyyətə uğradığı ilk müharibədən - Çaldıran döyüşündən sonra Qərbin müstəmləkəçi dövlətləri fürsətdən istifadə edərək ələ keçirdikləri ərazilərin başında Bəndərabbas gəlirdi. Çaldıran döyüşündən bir neçə gün sonra 1514-cı ildə Qərbin ilk müstəmləkəçi dövlətlərindən olan Portaqaliya dəniz qüvvələri bu şəhəri işğal etmiş və 100 il öz əllərində saxlaya bilmişdir. O zamana qədər “Bamdel Gombruc” olaraq tanınan şəhər bir də 1616-cü ildə Səvəfi şahı I Abbas tərəfindən geri alınmışdı. İşğaldan azad olunduqdan sonra şəhərin adı da dəyişdirilib indiki şəkilini almışdır. Bəndər fars dilində liman, Abbas isə məlum olduğu kimi şəhəri işğaldan azad edən Səvəfi hökmdarının adıdır. Yəni Bəndərabbas farsca “Abbas limanı” deməkdir. Bəndərabbasın bu tarixi məzhəb müharibələrinin belini qırdığı türk və islam dövlətləri üçün ən gözəl ibarət dərsidir.

 

Dünənki paraşüt nümayişinə gəlincə, o da adi hərbi manevr deyildi. Bəndərabbasla yanaşı, partaxt Tehranda daxil olmaqla, İranın 30 vilayətində hər il bu parad keçirilir. “Müqəddəs Müdafiə Həftəsi” adlanan hərbi parad 8 il sürən İran-İraq müharibəsinin ilk həftəsini anmaq məqsədi daşıyır. İranın bütün hərbi qüvvələrinin qatıldığı paradda ölkənin hərbi sənaye kompleksinin müxtəlif məhsulları nümayiş etdirilir və körfəzin digər sahilində yerləşən ərəb dövlətlərinə göz dağı verilir.

Dünənki qəzanın məhz bu nümayiş zamanı baş verməsi, sözsüz ki, İranın hərbi imicinə kölgə salan talesizlikdir.




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 23-09-2019, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma