Xəbər lenti

 

“Son günlər durumunu narahatlıqla izlədiyimiz Vurğun Əyyubun səhhəti ağırlaşsa da, o yaşamaq eşqi ilə həyat uğrunda mübarizəsini davam etdirir. Bu ağır durumda hər birimizin ictimai məsuliyyəti Vurğun bəyə və ailəsinə mənəvi dəstək olmaqdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Demokratiya və Rifah" Hərəkatının sədri Qubad İbadoğlu feysbukda yazıb. 

O qeyd edib ki, bəzi jurnalistlər bu məsələyə münasibətdə fərqli yol tutur, xəbər yarışına çıxaraq dəqiqləşdirilməmiş məlumatlar yayır, qeyri-səhih informasiyalar dərc edir: “Sizdən xahiş edirəm,, nəzərə alasınız ki, Vurğun bəyin vəfatı ilə bağlı yalan məlumatların dərci onun ailəsinin narahatlığını daha da artırır, ailəyə, yaxınlara və dostlara əlavə mənəvi və fiziki əziyyət verir. Sizin və ictimaiyyətin də Vurğun bəyə olan sevgisini və nigaranlığını nəzərə alıb, əlavə məlumat verəcəyik.

Vurğun bəyin dualarınıza ehtiyacı vardır, duanızı əsirgəməyin”.

Qeyd edək ki, 62 yaşlı V. Əyyub ADR Hərəkatının sədrinin I müavinidir.




Ana səhifəyə qayıt        Baxış: 715          Tarix: 23-09-2019, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma