Xəbər lenti

 

Səudiyyə Ərəbistanında ölkəyə tətil üçün gələn xarici ölkə vətəndaşı olan qadınların çarşab geyinmə məcburiyyətinin ləğv olunacağını bildirilib.

"Yeni Sabah" Türkiyə mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən ölkənin Turizm və Milli Miras Komissiyasının rəhbəri Ahmet El-Katib qeyd edib ki, ölkəyə gələcək qadınların başlarını bağlamaq məcburiyyəti olmasa da, onlara göstərişsiz və sadə geyinmək haqqında müəyyən xəbərdarlıqlar ediləcək.

“Bloomberg”ə açıqlama verən El-Katib ölkənin yaxın zamanlarda çox böyük reformlara səhnə olacağını, turizmin inkişafı üçün müəyyən yeniliklər tətbiq olunacağını bildirib.

El-Katib yerli qadınlar üçün də belə məcburiyyətin qaldırılmaq ehtimalı haqqında suala isə belə cavab verib: “Bu barədə heç müzakirə etməmişik. Çünki bu, bizim mədəniyyətimizin bir parçasıdır və buna görə heç kim narahat deyil”.

Son vaxtlar Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə və kişilərlə birlikdə konsert və filmlərə getməsinə icazə verilməsinə etiraz edən, sərt reaksiya göstərən insanlara da səslənən El-Katib onlara “əgər bu qərar sizin xoşunuza gəlmirsə, bu cür yerlərə getməyə bilərsiniz”, - deyə cavab verib.




Ana səhifəyə qayıt        Baxış: 368          Tarix: 28-09-2019, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma