Xəbər lenti
15-10-2019, 20:29
15-10-2019, 20:09

 

 Qubad İbadoğlu 

Əli Əsədovun Novruz Məmmədovdan bir fərqi iqtisadçı diplomuna malik olmasıdır. Əli Əsədovu Novruz Məmmədovdan fərqləndirən başqa cəhət də odur ki, o klana bağlıdır, biznes hakimiyyətinə və ailənin biznes idarəçiliyi təcrübəsinə malikdir. Bu baxımdan yeni baş nazir təyinatı klan, regional maraqların balanslaşdırılmasına xidmət edir.

Əli Əsədovu Azərbaycan ictimaiyyəti Bayraq Meydanına və Eldar Mahmudovla yaxın əlaqələrinə görə tanıyır. Artıq bayraq meydanında bayraq da yoxdur. Bu da onun gördüyü işin "göstərici"dir. Eldar Mahmudovla əlaqələrinə gəlincə onlar tələbə yoldaşı və yaxın dost olublar.
Əli Əsədov islahatçı deyil, itaətedici əhval-ruhiyyə ilə gündəmə gəlib. Bu baxımdan Əli Əsədov Novruz Məmmədovdan elə də fərqlənməyəcək, sələfi kimi sözəbaxan olacaq. Novruz Məmmədov siyasi baxımdan səbatsız idi və görünür, getdikcə şiddətənən hakimiyyətdaxili oyunların qurbanı oldu.
Əli Əsədovun təyinatından sonra kabinetdə hər hansı struktur dəyişikliyi gözləmirəm, yenə də Nazirlər Kabineti nominal qurum olaraq fəaliyyət göstərəcək. Bu təyinat həm də Milli Məclisin mənasız qurum olduğunu, notarius kimi fəaliyyət göstərdiyini təsdiqlədi.

 




Ana səhifəyə qayıt        Baxış: 197          Tarix: 8-10-2019, 19:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent