Xəbər lenti

  

ABŞ-ın xarici siyasətdə “dovşana qaç, tazıya tut” dediyi çoxdan məlumdur. Vaxtilə Səddam Hüseyni Küveyti işğal etməyə həvəsləndirən, sonra isə bundan istifadə edərək I Körfəz savaşını başladan da həmin ABŞ olmuşdu. Bunu sonradan ABŞ-ın İraqdakı keçmiş səfiri etiraf edərək, öz ölkəsinin bu ikiüzlü siyasətini qınamışdı. Eynilə bir zamanlar Azərbaycan müxalifətini hökumətə qarşı qızışdıranın, daha sonra arxasından çəkilib, iqtidara “vur” komandası verənin də ABŞ olduğunu hər kəs bilir.

İndi də həmin siyasət Şimali Suriyada yürüdülür. Kürd separatçılarını qızışdırıb müstəqillik eşqinə salan ABŞ birdən-birə onun arxasından çəkildi. Türk ordusu da çoxdan hazırlaşdığı “Barış pinarı” hərəkatına başladı. Amma ABŞ-ın bu ikiüzlü siyasəti bununla da bitmədi. İndi də onun bəzi senatorları bu əməliyyatı bəhanə edib Türkiyəyə qarşı sərt sanksiya layihəsi hazırlayırlar. Respublikaçı senator Lindsey Qrehemlə onun demokrat həmkarı Kris Van Hollenin birgə hazırladıqları Türkiyəyə ağır sanksiyaları nəzərdə tutan qətnamə layihəsini Senata təqdim etmə məsələsində razılığa gəldikləri xəbər verilir.

 Ovqat.com xəbər verir ki, bu məlumatı senator Lindsey Qrehem özünün Twitter hesabında paylaşıb.

Senator daha sonra yazıb: "Hökumət Türkiyəyə qarşı hərəkətə keçməyi qəbul etməsə də, mən iki partiyadan da hazırladığımız qətnamə layihəsinə çox sayda dəstək gözləyirəm".

https://twitter.com/LindseyGrahamSC/status/1182034455764094976?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1182034455764094976&ref_url=https%3A%2F%2Fwww.rudaw.net%2Fturkish%2Fworld%2F0910201913

  

Hazırlanan qətnamə layihəsində sanksiyaların tətbiq edilməsi tələb olunanlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuad Oqtay, Müdafiə Naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyə naziri Berat Albayrak, Ticarət naziri Ruhsar Pekcan ilə Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz də var.

Senatorların hazırladığı qətnamə layihəsində “Barış pinarı” əməliyyatlarına başlayan Türk ordusu üçün də bəzi sanksiyalar nəzərdə tutulur. Sənəddə deyilir:

 

“Türk ordusu ilə şüurlu ticarət əməliyyatları aparan, satış edən və ya ona maliyyə, texnoloji dəstək verən xarici şəxslərə sanksiya tətbiq olunacaqdır. Bunlara aşağıdakılar daxildir:

* Türk ordusu tərəfindən istifadə edilən təyyarə və ya təyyarə hissələrinin, avadanlıqların göndərilməsi;

* Avtomobil avadanlıqları və Türkiyə quru və dəniz qüvvələri tərəfindən qiymətləndirilmiş xidmətlər;

 * Türk ordusu tərəfindən istifadə edilmiş silahlar və ya müdafiə təchizatları.

 

Türkiyə enerji sektoruna tətbiq edilməsi nəzərdə tutulan sanksiyalar:

 

 Türkiyənin silahlı qüvvələri tərəfindən istifadə edilməsi üçün yerli neft hasilatına və qaz hasilatına maddə, xidmət, texnologiya, informasiya və ya başqa cür dəstək verən xarici şəxs və ya qruplara sanksiya da tətbiq olunacaqdır”.

 

Layihənin dördüncü maddəsinə görə, qətnamə qüvvəyə minərsə, ABŞ ordusunun Türk Silahlı Qüvvələrinə silah satmasının da qarşısı alınacaq. ABŞ ordusu Türkiyəyə müdafiə təchizatları, xidmətləri və materialları da sata bilməyəcək.

Qətnamə layihəsində həmçinin Türkiyəyə Rusiyadan S-400 aldığı üçün CAATSA sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulur.

 6-ci maddəyə görə, humanitar yardım, səhiyyə yardımı, demokratiya təşviqi və seçki dəstəyi, kəşfiyyat dəstəyi kimi mövzular sanksiyadan kənar tutulacaq.

Qətnamə layihəsində Türkiyə liderlərinə ABŞ vizası embarqosu ilə yanaşı, Ərdoğanın mülkiyyəti haqqında da ayrıca hesabat tələb olunur.




Ana səhifəyə qayıt        Baxış: 2 550          Tarix: 10-10-2019, 10:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma