Xəbər lenti
15-10-2019, 20:29
15-10-2019, 20:09

  

 

Dünən yayımladığımız ABŞ-ın “dovşana qaç, tazıya tut” siyasəti: İndi də Türkiyəyə qarşı ağır sanksiyalar gündəmdə sərlövhəli məqaləmizdə rəsmi Vaşinqtonun məkrli xarici siyasətini şərh edərkən belə yazmışdıq:

“ABŞ-ın xarici siyasətdə “dovşana qaç, tazıya tut” dediyi çoxdan məlumdur. Vaxtilə Səddam Hüseyni Küveyti işğal etməyə həvəsləndirən, sonra isə bundan istifadə edərək I Körfəz savaşını başladan da həmin ABŞ olmuşdu. Bunu sonradan ABŞ-ın İraqdakı keçmiş səfiri etiraf edərək, öz ölkəsinin bu ikiüzlü siyasətini qınamışdı. Eynilə bir zamanlar Azərbaycan müxalifətini hökumətə qarşı qızışdıranın, daha sonra arxasından çəkilib, iqtidara “vur” komandası verənin də ABŞ olduğunu hər kəs bilir.

İndi də həmin siyasət Şimali Suriyada yürüdülür. Kürd separatçılarını qızışdırıb müstəqillik eşqinə salan ABŞ birdən-birə onun arxasından çəkildi. Türk ordusu da çoxdan hazırlaşdığı “Barış pinarı” hərəkatına başladı. Amma ABŞ-ın bu ikiüzlü siyasəti bununla da bitmədi. İndi də onun bəzi senatorları bu əməliyyatı bəhanə edib Türkiyəyə qarşı sərt sanksiya layihəsi hazırlayırlar”.

Nə yazıq ki, bizi narahat edən bu ehtimalı qüvvətləndirən yeni məlumatlar gəlməkdədir. Türkiyənin basqılarıyla əvvəl Şimali Suriya birgə əməliyyat keçirmək barədə qardaş ölkəylə razılığa gələn, hətta bunun üçün ortaq hərbi qərargah yaradan ABŞ öz vədinə əməl etmədi, daha sonra isə Suriya-Türkiyə sərhədlərindən öz hərbi birləşmələrini geri çəkdi. Beləcə, Türk ordusunun güvənli bölgə yaratmaq niyyətilə həyata keçirmək istədiyi “Sülh bulağı” əməliyyatına bir növ yaşıl işıq yandırdı. Əməliyyat başlayan kimi isə qardaş ölkəyə ilk təpkilər gəlməyə başladı. Respublikaçı senator Lindsey Qrehemlə onun demokrat həmkarı Kris Van Hollenin Türkiyəyə ağır sanksiyaları nəzərdə tutan qətnamə layihəsi hazırlayıb Senata təqdim etmək istədikləri xəbəri yayıldı. Üzərindən az keçməmiş xəbəri şərh edən ABŞ prezidenti Donald Tramp “Güman edirəm ki, Lindsey burada (Suriya) 200 il daha qalmaq istəyir. Amma mən bu məsələdə onunla həmfikir deyiləm” sözləri ilə Türkiyəyə növbəti dəfə həvəsləndirici mesaj göndərdi. İndisə onun Twitter üzərindən yayımladığı bir bəyanat Türkiyəyə qarşı ağır sanksiyaların ABŞ prezidenti tərəfindən də müdafiə edildiyini göstərir.

Trampın həmin Twitter-bəyanatında deyilir:

https://twitter.com/realDonaldTrump/status/1182387197066039298?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1182387197066039298&ref_url=https%3A%2F%2Fwww.rudaw.net%2Fturkish%2Fworld%2F101020196

 

“İŞİD-in xəlifəliyini 100 faiz məğlub etdik və Suriyada Türkiyənin təcavüzü altındakı bölgədə artıq əsgərimiz yoxdur. İşimizi ecazkar şəkildə həyata keçirdik! İndi Türkiyə, 200 ildir döyüşdüyü kürdlərə hücum edir. Üç variantımız var: Minlərlə əsgər göndərmək və hərbi olaraq qazanmaq, Türkiyəni iqtisadi olaraq sanksiyalarla sərt şəkildə vurmaq, ya da Türkiyə ilə kürdlər arasında imzalanacaq bir müqaviləyə vasitəçilik etmək".

Trampın bu bəyanatından belə çıxır ki, ABŞ ən yaxşı halda Türkiyəni PKK ilə müqavilə bağlamağa məcbur etməyə çalışacaq. Əks halda ona qarşı ağır iqtisadi sanksiyaların tətbiqinə başlanacaq. Üçüncü variant isə daha ağırdır – müharibə.

Hazırda ən mümkün görünən sanksiya versiyasında bunlar nəzərdə tutulur:

  1. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuad Oqtay, Müdafiə Naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyə naziri Berat Albayrak, Ticarət naziri Ruhsar Pekcan ilə Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz kimi hökumət üzvlərinə viza məhdudiyyəti qoymaq;
  2. “Türk ordusu ilə ticarət əməliyyatları aparan və ya ona maliyyə, texnoloji dəstək verən xarici şəxslərə aşağıdakı sanksiyaları tətbiq etmək:

 

* Türk ordusu tərəfindən istifadə edilən təyyarə və ya təyyarə hissələrinin, avadanlıqların göndərilməsi;

 

* Avtomobil avadanlıqları və Türkiyə quru və dəniz qüvvələri tərəfindən qiymətləndirilmiş xidmətlər;

 

 * Türk ordusu tərəfindən istifadə edilmiş silahlar və ya müdafiə təchizatları.

  1. Türkiyə enerji sektoruna tətbiq edilməsi nəzərdə tutulan sanksiyalar:

 Türkiyənin silahlı qüvvələri tərəfindən istifadə edilməsi üçün yerli neft hasilatına və qaz hasilatına maddə, xidmət, texnologiya, informasiya və ya başqa cür dəstək verən xarici şəxs və ya qruplara sanksiya da tətbiq olunacaqdır”.

Layihənin dördüncü maddəsinə görə, qətnamə qüvvəyə minərsə, ABŞ ordusunun Türk Silahlı Qüvvələrinə silah satmasının da qarşısı alınacaq. ABŞ ordusu Türkiyəyə müdafiə təchizatları, xidmətləri və materialları da sata bilməyəcək.

Qətnamə layihəsində həmçinin Türkiyəyə Rusiyadan S-400 aldığı üçün CAATSA sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulur.

 6-ci maddəyə görə, humanitar yardım, səhiyyə yardımı, demokratiya təşviqi və seçki dəstəyi, kəşfiyyat dəstəyi kimi mövzular sanksiyadan kənar tutulacaq.

Qətnamə layihəsində Türkiyə liderlərinə ABŞ vizası embarqosu ilə yanaşı, Ərdoğanın mülkiyyəti haqqında da ayrıca hesabat tələb olunur.




Ana səhifəyə qayıt        Baxış: 2 240          Tarix: 11-10-2019, 01:36      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent