Xəbər lenti

  

Suriya ordusu Rusiyanın dəstəyi ilə Menbiç və Kobaniyə girəcək.

Ovqat.com xəbər verir ki, Şimali İraq hakimiyyətinə bağlı Rüdaw xəbər agentliyi bu məlumatı yayıb.

Agentlik bu məlumatı adını çəkmədiyi xüsusi mənbədən alıb.

Bildirildiyinə görə, İngiltərə mərkəzli Suriya İnsan Haqları Müşahidə Qrupu da bu məlumatı təsdiqləyib.

Bəzi mənbələr də dünən Qamışlıya enən təyyarədə Rus hərbi heyətin olduğunu və DSG ilə Dəməşq arasındakı müzakirələri təşkil etdiyini irəli sürür.

Qeyd edək ki, Suriyanın rəsmi xəbər agentlikləri bu gün yaxın saatlarda ordu birliklərinin Demokratik Suriya Güclərinin çağırışı ilə Münbiçə və Kobaniyə girəcəyini açıqlamışdı. Daha sonra eyni agentliklər Suriya ordusunun türk hücumlarını dəf etmək üçün şimala hərəkət etdiyi açıqlamış, az sonra ordu birliklərinin artıq Menbiçə girdiyini xəbər vermişdi.

Menbiç Barış pınarı əməliyyatı çərçivəsində hədəf göstərdiyi 32 km-lik məsafənin gerisində və Fərat çayının qərb sahilində yerləşdiyindən bu hərbi sevkiyyat Türkiyənin “qırmızı cizgi”lərinə toxunmur. Fəratın şərq sahilində qalan Kobani isə Türkiyə sərhədlərinin 0 məsafəsindədir. Suriya ordusunun Kobaniyə girmə təşəbbüsünə Ankaranın verəcəyi reaksiya maraq doğurur.

Maraqlıdır ki, BMT TŞ-da Türkiyənin bu əməliyyatı müzakirəyə çıxarılarkən təklifə veto qoyanlardan biri də Rusiya olmuşdu. Odur ki, Rusiyanın indiki tövrü anlaşılan deyil.




Ana səhifəyə qayıt        Baxış: 911          Tarix: 14-10-2019, 00:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma