Xəbər lenti

  

"Yaxında Türkiyəyə qarşı sanksiyalara icazə verən Fərman imzalamaq məcburiyyətindəyəm".

Ovqat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mətbuat açıqlamasında belə deyib.

Onun sözlərinə görə, gözlənilən sanksiya fərmanında nəzərdə tutulan ilk addım ABŞ Ticarət Departamenti ilə Türkiyə arasında aparılan 100 milyard dollarlıq ticarət müqaviləsi ilə bağlı danışıqları dərhal dayandırmaq olacaq: “Türkiyədən polad idxalında gömrük vergiləri faizləri də yenidən 50%-ə - may ayındakı endirimdən əvvəlki səviyyəyə yüksəldiləcək”.

Trampın fikrincə, ABŞ və onun tərəfdaşları (PKK nəzərdə tutuluq-Ovqat.com) İŞİD-in amansız regional “xilafətini” 100% yox etdi: “Türkiyə bu edənləri təhlükəyə atmamalıdır. Türkiyə eyni zamanda Suriyanın şimal-şərqindəki vətəndaşların, xüsusən həssas etnik və dini azlıqların qorunmasına üstünlük verməlidir. Vətəndaşlara qarşı ayrıseçkilik, mülki tikililərin məhv edilməsi və etnik və ya dini azlıqların hədəf alınması qəbulolunmazdır. Əlavə olaraq qaçqınların geri qayıdışı etibarlı, könüllü və şərəfli bir şəkildə təmin olunmalıdır".




Ana səhifəyə qayıt        Baxış: 2 401          Tarix: 15-10-2019, 01:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma