Xəbər lenti
16-11-2019, 23:45
16-11-2019, 23:09

  

Türkiyə və Rusiya prezidentləri arasında sövdələşmə olduğundan Suriya ordusu da kürd separatçılarına kömək edə bilmir.

Ovqat.com xəbər verir ki, bu iddianı Suriyanın şimalında ABŞ-ın dəstəyi ilə faktiki tanınmamış “Qərbi  Kürdüstan” dövləti quran TEM-DEM partiyasının (Demokratik Toplum Hərəkatı) İdarə Heyətinin üzvü Aldar Xəlil irəli sürüb.

Suriyanın şimal sərhədlərini qorumaq məsuliyyətinin rəsmi Dəməşqə aid olduğunu vurğulayan A.Xəlil bu barədə mərkəzi hökumətlə yazılı razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, DSG ilə Suriya hökuməti arasında bu barədə saziş olmasa da, ilkin razılıq protokolu imzalanıb və “Qərbi Kürdüstan” müstəqil dövlət deyil, Suriyanın tərkib hissəsidir: “İnzibati ərazimizin adı istər muxtariyyət, istər muxtar idarəetmə, istərsə də federal region olsun, fərq etməz, sərhədlərini qorumaq mərkəzi hökumətin vəzifəsidir. Aramızda bağlanan razılıq protokolu da sərhədlərin onlar tərəfindən qorunmasını və bəzi digər başqa məsuliyyətləri ehtiva edir”.

 Əslində bu anlaşmanı təmin edənın Rusiya olduğunu xatırladan Xəlilin fikrincə, Rusiya olmasaydı, Suriya rejimi təkbaşına bu razılıq protokoluna imza atmağa cəsarət etməzdi. Bununla belə, həmin Rusiyanın indi bu razılıq protokolunun şərtlərinin pozulmasına göz yumduğunu deyən Xəlil bildirib ki, Türk ordusu da məhz buna görə Şimali Suriyada uğurlu hərbi əməliyyatlar keçiriə bilir:

“Afrinə hücum etdilər, Suriya bizə kömək üçün hərbi qüvvə göndərdi, amma Rusiya ona dəstək vermədi. Türklər də Suriyanın göndərdiyi əsgərlərin hamısını öldürdü. Çünki Rusiya Suriyanın arxasında deyildi. Amma Rusiya indi Suriya əsgərlərinin girdiyi bölgələrə Türkiyənin hücum etməyəcəyinə dair zəmanət verib".

Elədirsə, bəs Suriya ordusu öz vəzifə borcunu yerinə yetirib, Tel-Abyad (Gire Spi) və Rəsuleyn (Sere Kaniye) rayon mərkəzlərinə niyə yeni hərbi qüvvə göndərmir?

Bu suala A.Xəlil belə aydınlıq gətirib:

"Raketlərini gətirib müharibəyə girmək Suriya ordusunun vəzifəsi idi. Razılığa əsasən, Rusiya Türkiyəyə "burada rejim var, hücum etməyin”, - deyə bilərdi. Ama Suriya ordusu müharibə və qarşıdurmaların yaşandığı bölgələrə girməyəcək. Çünki hücum başlamazdan əvvəl Ərdoğan Putin ilə razılığa bağlamış və Putin də “tamam” deyərək, ona yaşıl işıq yandırıb. Suriya bu bölgələrə ordu göndərsə, Rusiya Ərdoğana “Dur!” demək məcburiyyətindədir. Amma Moskva nə Dəməşqi, nə də Ankaranı qıcıqlandırmamaq üçün "müharibə olan regionlarla bizim işimiz yox” deyir”.

Bəs kürd separatçılar niyə ABŞ-dan yox, Rusiyadan narazıdırlar? Axı, onları müharibəyə həvəsləndirən, maşın-maşın silah verən Rusiya və Suriya yox, ABŞ idi? O ABŞ ki, yeri gələndə PKK/YPG-nin dostu, Rusiya və Suriyanın düşməni idi. Kürd separatçıları isə ABŞ-a meyllənərək, zaman-zaman həm Moskvanı, həm də Dəməşqi qıcıqlandırırdı.

Aldar Xəlilin dediyinə görə, onlar da ABŞ-a bu sualı ünvanlayıblar. Aldıqları cavab isə heyrətverici və xəyalqırıcı olub: "Doğrusu, bu sual onlara verildi. Onlar isə “biz gedirik, bu, sizin daxili məsələnizdir, necə başa düşürsünüz, düşün, bu, sizə qalıb” dedilər".

 Türkiyənin başlatdığı əməliyyat sayəsində şimal-şərqi Suriyadakı məsələnin daha tez bir həll olunacağını ifadə edən Aldar Xəlil, ancaq Suriya və Rusiyanın öz sözlərini yerinə yetirməyəcəyi təqdirdə, bunun "təhlükəli" nəticələri ola biləcəyini də gizlətməyib.

Bir sözlə, kürd separatçıları tam xəyal qırıqlığına uğrayıb. Əvvəl gah Suriyadan, gah Rusiyadan, gah da ABŞ-dan dəstək alaraq, Türkiyəyə barmaq silkələyirdilər. Rusiya onları “Zeytun Budağı” əməliyyatında “satdı”. ABŞ “Barış Pınarı”nda bölgəki əsgərlərini geri çəkib Türkiyəyə əməliyyat keçirmək üçün münbit şərait yaratdı. Suriya isə öz başına çarə qıla bilmir. Olan isə beynəlxalq imperializmin şirin yalanlarına inanan separatçılara və onların uçuruma sürüklədiyi kürd xalqına oldu.




Ana səhifəyə qayıt        Baxış: 2 189          Tarix: 19-10-2019, 19:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent