Xəbər lenti

  

Araz Aslanlı

QafSAM Başqanı

Anadolu Agentliyi

SSRİ-nin  dağılmasının ardınca Türk respublikalarının  birləşmək istiqamətində önəmli bir yol keçdiyini söyləmək olar. Oktyabrın  15- də Bakıda təşkil edilən  Türk Surası zirvəsi bu istiqamətdəki  çalışmaların  son halqası oldu.

Bundan 35 il öncə Sovet İttifaqının  qısa bir zamanda  dağılacağı və Türk dünyasının bütövləşməsi baxımından  böyük bir fürsət yaranacağı deyilsəydi, bu arzuyla yaşayanların əksəriyyəti belə, bunu çox da inandırıcı hesab etməzdi. O dövrün siyasətçilərinin açıqlamaları və Türkiyə də daxil, Türk dünyasının müxtəlif bölgələrindəki məlumatlar araşdırlıldığı zaman, bir yandan SSRİ-nin varlığını bir müddət də davam etdirəcəyi, diğər tərəfdən isə Türk dünyasının artıq bir-birlərindən qoparaq hissələrə bölündüyü (Türk dünyasının fərqli bölgələrinin müxtəlif  kimliklər qazandıqları, hatta bir-birlərini anlamadıqları) inancını daşıyanların sayının az olmadığıni görmək mümkündü.

Lakin SSRİ-nin dağılacağına və Türk dünyasının birləşəcəyinə inananların və inanmaqla qalmayıb, bunun içün mübarizə aparanların arzuları gerçəkləşdi, daxili və xarici təsirlər nəticəsində SSRİ-nın dağılması sürətləndi, 1991-ci ilin sonundan etibarən dövlətlərarası sistemdə Türkiyə Cumhuriyyəti və KKTC-dən sonra 5 respublika da  yerini aldı. Beləcə, Türk dünyasının bütövləşməsi zamanı da  başlamış oldu.

Münasibətlərə yeni ölkələrin qatılması iqtisadi və  təhlükəsizlik müstəvisində  ələqələrin dərinləşdirilməsi, Türk Şurası (Türk Əməkdaşlıq Təşkilatı ) xaricində  çoxlu əlaqə (Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qazakistan-Özbekistan, Türkiye-Kırgızistan-Özbekistan, Özbekistan- Kazaxıstan-Türkmənistan və s.) formatlarının artırılması, xüsisi iqtisadi  ələqələrin  gücləndirilməsi  (ticari ələqələrin asanlaşdırılması, investisiya proseslərinin  asanlaşdırılması , üçüncü ölkələrə ortaq vəsaitlərin yatırılması və.s), hələ 1992-ci ildə ifadə edilən hər kəsə  mal və xidmətlər almaq imkanı yaradan sərbəst ticarət qaydalarının formalaşdırılması, xüsusilə təhsil sahəsində ələqələrin müxtəlif yollarla dərinləşdirilməsi Türk Şurasını  və Türk dünyasının bütünləşmə prosesini daha da fəallaşdıracaq və bu prosesin geri dönüşünü mümkünsüz hala gətirəcək. 

1991-ci ildən sonra ilk fəaliyyətlər və Ankara Zirvəsi

SSRİ-nin sürətli şəkildə dağılmasının ardından daha bir neçə il əvvəlki ehtiyatlı yanaşmaların yerini böyük gözləntilər  almağa başladı. Xüsusilə, Türkiyə və Azərbaycanda daha davamlı olmaqla, Türk dünyasının hər tərəfında bütövləşmə ilə bağlı iddialı fikirlər ortaya atıldı. İddialı söyləntilərin əsil  sahibləri milliyyətçi ziyalılar və siyasətçilərdi. Bu ifadələr  hakimiyyət və siyasi bürokratik təbəqə baxımından bütün  Türk respublikalarında eyni şəkildə qəbul edilmirdi. Türkiyə daxilində arzuyla qarışıq ehtiyatlılıq, Azərbaycan nümunəsində ideoloji və duyğusal həyacan, Orta Asiya Türk respublikalarında duyğusal hisslərlə qarışıq çəkinmək  vardı. Ehtiyatlılıq və çəkingənlik içərisində olanların mühüm  hissəsi, xüsusən xarici təsirlərlə bağlı hassaslıq duyur,  SSRİ-nin dağılmasını və Rusya başda olmaqla, diğər önəmli güclərin əsas siyasi mövqelerini tam olaraq anlamağa çalışırdılar.

Bu çərçivədə, xüsusilə Türkiyə və Azərbaycanın fəal mövqeyi ilə bir yandan dövlət və hökümət nazirləri, ən yüksək vəzifə sahiblərinin də daxil  olduqları siyasi tədbirlər, diğər tərəfdən isə Türk Dövlət və Birlikləri , Dostluq Qardaşlıq və İşbirliyi Təşkilatı (TÜDEV), Türk Ocaqları və bənzər qurumların təşkil etdiyi tədbirlər ilə  yaxınlaşmanın ilk addımları atılmağa başladı.

Ən yüksək siyasi inteqrasiyanın ilk addımlarından biri olaraq 1992-ci ildə təşkil olunan Ankara Zirvəsini qeyd etmək olar.  Türkiyə prezidenti Turqut Özalın ev sahibliyi ilə keçiən tədbiri Azərbaycan prezidenti Əbülfəz Elçibəy, Qazaxistan prezidenti Nursultan Nazarbayev, Qırgızıstan prezidenti  Əsgər Akayev, Özbəkistanın dövlət başçısı İslam Kərimov və Türkmənistan prezidenti Saparmurad Niyazovun iştirakı ilə  Ankarada gerçəkləşdirilmiş olan ilk zirvənin sonunda, Ankara Bəyanatı imzalandı. Bu zirvədə xüsusilə, Türkiyə tərəfi türk respunlikaları arasında gömrük qaydalarının sadələşdirilməsi, insan, mal və xidmətlərin sərbəst hərəkətinə imkan verən sərbəst ticarət formasının  yaradılması, ortaq investisiya və inkişaf bankının qurulması, dəmiryolu, dəniz yolu və hava yolu, telekomunikasiya  imkanlarının formalaşdırılması, Türk respublikalarının  təbii sərvətlərinin Türkiyə üzərindən Avropaya nəql edilməsi, dünya iqtisadiyyatına inteqrasiya ola bilmək üçün iqtisadi koordinasya və iş birliyi imkanlarının yaradılması  barədə qərarlar qəbul edildi. 

Türk dünyasının birləşmə müddəti baxımından TÜDEV-in koordinasiyası ilə qurulan Türk Dövlət və Birlikləri  Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayı da önəmli oldu. İlki 21-23 mart 1993-cü il tarxlərində Antalyada, sonuncusu isə 17-19 sentyabr 2007-c iidə Bakıda reallaşan Türk Dövlət və Birlikləri, Dostluq, Qardaşlıq və İşbirliyi Qurultaylarına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırgızıstan, KKTC (Şimali Kipr), Özbəkistan və Türkmənistanın və bir sıra Türk birliklərini temsil edən prezident və baş nazirlər başda olmaqla, yüksək vəzifəli məmurlar, ziyalılar, alimlər, qeyri-hökumət təşkilatları təmsilciləri qatıldı. Qurultaylarda komissiyalar şəklində çalışmalar başlatıldı. Türk dünyasının sosial, mədəni, iqtisadi və siyasi məsələləri ilə bağlı mühüm  qərarlar qəbul edildi.

Bu arada dövlər başçıları zirvələri də 2001-ci ilə qədər 1 ya da 2 illik fasiləylə keçirildi. 2001 -ci ildə keçirilən zirvədə ilk dəfə tərəflərdən biri (Özbəkistan) dövlət başçısı qismində deyil, parlamentin spikeri olaraq təmsil edildi. 2001-ci ildəki  zirvədən sonra bir müddət toplanma problemi  ortaya çıxtı. 5,5 illik fasilədən sonra 2006 -cı ildə, növbəti zirvə isə 2009 -cu ildə reallaşdı. 2006 -cı ildə keçirilən zirvəyə  Özbəkistan qatılmadı, Türkmənistanın isə Ankaradakı səfiri iştirak etdi. 2009-cu ildəki zirvəyə də yenə Özbəkistan qatılmadı, Türkmənistanı isə vitse-prezident təmsil etdi.

Zirvələrin sonunda ortaq bəyanatlar qəbul edildi. 1996-çı ildən etibarən, qurumun adından mühüm addımlar atılmağa başlandı. 1996-cı idə Özbəkistan prezidenti İslam Kərimovun ev sahibliyi ilə reallaşan zirvədə daimi katiblik  təsis olundu. 1998-ci ildə Qazaxstan prezidenti Nursultan Nazarbayevin ev sahibliyi etdiyi zirvədə Daimi katiblik sistemi qəbul edildi. 2000-ci idə Azərbaycan prezidenti  Heydər Əliyevin ev sahibliyi ilə təşkil edilən zirvədə Daimi Katibliyin Türkiyədə təsis edilməsi qərara alındı. 

Türk Şurasının qurulması və fəaliyyəti

Azərbaycan prezidenti İlham Əliyevin ev sahibliyi ilə 2009-cu ilin okyabrında Naxçıvanda təşkil olunan zirvə toplantısı Türk respublikalarının bütövləşməsi  baxımından dönüş nöqtəsı oldu. Zirvə əsnasında Türkdilli  Ölkələr İşbirliyi Təşkilatının Qurulmasına Dair Naxçıvan sazişi imzalandı. Həm də bütün tərəflərin iştirakı ilə. 17 noyabr 2010-cu il tarixində anlaşmaya müşahidəçi qismində qatılan Özbəkistan 2019-cu ildə tam huquqlu üzv oldu.  Türkmənistan isə 2010-cı ildə İstanbulda zirvəyə prezident qismində qatılsa da anlaşmanı imzalamadı.

O zamankı Türkiyə prezidenti Abdullah Gülün ev sahiblyi ilə 2010-cu il sentyabrın 15-16-da İstanbulda keçirilmiş olan zirvəyə təkcə Özbəkistan qatılmadı. Zirvədə Naxçıvan sazişi çərçivəsində alınan qəraralrın rəsmiləşdirilməsi dövrü  başlandı. 2011-ci ildən etibarən isə Türk İşbirliyi Təşkilatının (Türk Şurasının ) Dövlət başçıları zirvəsi reallaşdırılmağa başlandı. Türk Şurası zirvələrinin ilki 2011-ci ildə Qazaxıstanda, ikincisi 2012-ci ildə Qırgızıstanda, üçüncüsü 2013-cü ildə Azərbaycanda, dördüncüsü 2014 -cü ildə Trkiyədə, beşincisi 2015-ci ildə Qazaxıstanda, altıncısı 2018 -ci ildə Qırgızıstanda və sonuncusu olan yeddinçisi 15 oktyabr 2019-cu ildə Azərbaycanda keçirildi.

Son zirvədən əvvəl Özbəkistanın Türk Şurasına üzv olması və son zirvəyə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin qatılması, 2018-ildən etibarən, Türk Şurasına müşahidəçi  üzv olan Macarıstanda təmsilcilliyinin açılması və Macarıstan prezidenti Viktor Orbanın zirvəyə qatılması, Türk Şurasının qısa vaxtda qət etdiyi məsafəni mühüm nəticə kimi dəyərləndirmək olar. Ayrıca son zirvədə Türkmənistanın vitse-prezidenti Pürli Agamuradovun iştirakı da Türk dünyasının bütövləşməsi baxımından   önəmliydi. Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin zirvəyə qatılması və “Türk düyasının daimi fəxri sədri" elan edilməsi təkcə Nazarbayevin qurumun inkişafına verdiyi töhfələrə görə özünə göstərilən vəfa duygusunun deyil, bundan sonrakı dövr üçün də fəaliyyətinin davam edəcəyinin də önəmli bir göstəriciydi.

Zirvənin son tədbirlərində Sülh Çeşməsi Hərəkatı səbəbiylə dövlətlərarası platformalarda güclü təzyiqlərə məruz qalan Türkiyənin terrorla mübarizəsinə tam dəstək verilməsi önəmliydi.

Türkiyənin terrorla mübarizəsinə tam dəstək

Əslində Bakıdakı son zirvə simvolik bir anlam da daşımaqdaydı. Çünki zirvədən öncə Türkiyə Cumhuriyyəti ciddi təhlükəsizlik problemlərini həll etmək, bölgənin təhlükəsizliyinə və davamlı sülhə töhvə vermək üzrə Sülh Çeşməsi hərakatını başlatmıştı. Türkiyənin bu hərbi hərəkatı bölgə ilə bağlı fərqlı maraqları olan dövlətlərin güclü və ədalətsiz təbliğatına məruz qalmışdı. Digər tərəfdən, Türk dünyasının birləşməsi ilə bağlı dəyərləndirmələrdə və xüsusilə, mədəni durumun ön planda tutulduğu, siyasi, iqtisadi və təhlükəsizlik imkanlarının qorunmaması halında, Türk respublikalarının əsas problemləri qarşısında bir-birlərini lazımınca dəstəkləmədikləri (Türkiyə ilə Azərbaycan bu mənada istisna təşkil edir.) barədə də iradlar dilə gətirilir. Bu səbəbdən də Türk Şurasının təməllərinin atıldığı Naxçıvan zirvəsinin 10-cu ilində təşkil edilən Bakı zirvəsində diğər Türk respublarının Sülh Çeşməsi hərəkatıyla bağlı necə bir mövqe sərgiləyəcəkləri maraq doğururdu. Zirvə öncəsində Azərbaycan rəsmi bir açıqlama yayaraq Türkiyəyə tam dəstəyini ifadə etdi. Zirvə öncəsi və zirvədəki çıxışında Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sülh Çeşməsi Hərəkatının məqsədini bir daha izah etdi. Həmçinin, Azərbaycan torpaqlarının Ermənistan tərəfındən işgal altında tutulmasına sərt iradını dilə gətirərək nümunəvi bir mövqe sərgilədi.

Zirvənin yekun bəyannaməsində Sülh Çeşməsi Hərəkatıyla ələqədar olaraq “Türk Şurası Türkiyənin terrorizmlə mübarizəyə, Suriyanın ərazi bütövlüyünün saxlanmasına, suriyalıların terrorçuların zülmündən qurtarılmasına və doğma evlərindən didərgin düşən əhalinin ana vətənlərınə güvənli və könüllü geri qayıtması üçün şərtlərın bərpa olunmasına kömək edəcəyinə dair ümüd və inançlarını bəyan etməktədirlər” sözləriylə Türkiyəyə tam dəstəyin vurğulanması bu mənada cox önəmliydi.

Bakı Zirvəsində ayrıca əməkdaşılığı dərinləşdirilməsi, xüsusilə TransXəzər əməkdaşılığı mözusunda , kəşfiyyat başda olmaqla, təhlükəsizlik müstəvisində Kipr türklərinin təcriddən qurtarılması, Türkmənistanın Türk Şurasına tam hüquqlu üzv olarak qatılması və oxşar mövzularda istəklər ifadə edildi.

Müəyyənləşdirilmiş məqsədlərə tam nail olunmayıb

Yekun olaraq Türk dövlətlərinin birlik baxımından önəmli bir yol keçdiyi ifadə edilə bilər. Kimlərə görəsə Türk dünyası birləşmə istiqamətində 30 il əvvəlki xəyalların işindədir. Amma 28 il önceki arzuların arxasındadır. TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk mədəni İrs təşkilatı, Ağsaqqallar təşkilatı və oxşar qurumlar da daxil, bəzi mövzularda nazirlər müstəvisində toplantılar keçirilməsinə rəğmən, 1992 ildəki arzular bir tərəfə qalsın, prezidentlərin  ilk toplantısında ifadə edilən hədəflər belə reallaşdırılmayıb.

Bunun müxtəlif səbəbləri var. 1992-ci ildən sonra həm Türkiyədə, həm də digər respublikalarda birləşmə prosesinin daha ehtiyatlı aparılmasının lazım gəldiyini deyənlər getdikcə güclənməyə başladılar. Postsovet məkanında Rusyanın yenidən güclənməsi və keçmiş sovet coğrafyasına yönəlik daha fəal siyasətləri izləməsi barədə gözləntilər mövcuddu. Bundan başqa, həmin dovrdə Türkiyənin qərbli müttəfiqlərinin siyasətləri də prosesin sürətlənməsinə əngəl torədir və zaman- zaman Rusyanın əvvəlki mövqeyi ön plana çıxarılırdı. Həmçinin bütün respublikaların vaxt və enerji sərf edəcəkləri çoxlu problemlər vardı. Bir-birlərini lazım olduğu qədər tanımırdılar. Hətta birləşmək prosesi müstəqilliklərini yenidən itirə bilmək anlamında kəskin mübahisələrə gətirib çıxarmışdı. Bu səbəblə də həm bu ölkələrin daxili, həm də bölgədəki və beynəlxalq şərtlər diqqətə alındığında “ehtiyatlı bir formada  və bir-birlərini tanıyaraq yaxınlaşma” strategiyasının daha məntiqli olduğu aydınlaşır.

Digər tərəfdən, 90-cı illərin əvvəlində dilə gətirilən Türk birliyinin guya Qərb (ABŞ) layihəsi olması iddiası da prosesin ləngiməsinə mühüm təsir göstərdi. Amma çox sayda xarici təsirlərin olmasına baxmayaraq, birləşmə prosesi önəmli ölçüdə Ankara, Astana, Aşqabad, Bakı, Bişkək, Daşkənd mərkəzli proses olaraq davam etməyə başlamış və bu şəkildə də davam etməkdədir. Bu, Türk Şurasının gələcəyi adına ən çox vurgulanması lazım gələn vacib nüanslardan biridir.

Çevirdi: Nazilə Nəriman

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 509          Tarix: 19-10-2019, 20:56      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent