Xəbər lenti

 

Avropa İttifaqı rəsmi Bakını polisin 19 oktyabrda mitinq iştirakçılarına qarşı həddən artıq güc tətbiq etməsini araşdırmağa çağırıb.

'Turan" İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bəyan edib.

O, Bakıda oktyabrın 19-da dinc aksiya keçirmək istəyən onlarla insanın saxlanıldığını deyib.

"Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün həddən artıq, heç nəyə əsaslanmayan güc tətbiq edilməsi barədə məlumatlar var. Bu hallar araşdırılmalıdır. Biz hakimiyyəti dinc aksiya iştirakçılarından həbsdə olanları azad etməyə çağırırıq", - Mariya Kosyançiç deyib.

O qeyd edib ki, sərbəst toplaşma fundamental insan hüquqlarındandır. "Biz Azərbaycanın beynəlxalq öhdəliklərini tam olaraq yerinə yetirməsini gözləyirik".

Ovqat.com xəbər verir ki, 19 oktyabrda keçirilən icazəsiz mitinqdə saxlanılanlar barədə müxtəlif məlumatlar var. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, saxlanılan 60 nəfərdən 42-si dərhal sərbəst buraxılıb. Digərləri isə inzibati qaydada cəzalandırılıblar.

Milli Şura rəhbərliyi isə saxlanılanların daha çox olduğunu bildirirlər. AXCP sədrinin müavini Vahid Məhərrəmlinin Meydan TV-yə bildirdiyinə görə, yalnız Nəsimi Rayon Polis İdarəsində 70-dən çox saxlanılan var və onların əksəriyyəti AXCP üzvləri olsa da, digər partiyaların fəalları da az deyil. O cümlədən, yoldan keçən təsadüfi adamlar da idarəyə gətirilib.

AXCP mətbuat xidmətinin məlumatına görə, Nemət Abbasov, Ramiz Cəfərov, Ayaz Qasımov 500, Ayaz Məhərrəmli 200 manat cərimə olunub, Cabbar Savalanli isə 20 sutka inzibati cəza alıb.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 21-10-2019, 08:24      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent